DÜNYA
"ColorPro Awards” fotomüsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 3 dekabr, AZƏRTAC
“ViewSonic” şirkəti hər il keçirilən “ColorPro Awards” müsabiqəsinin qaliblərini elan edib.
Bu barədə AZƏRTAC xarici mətbuata istinadla xəbər verir.
“An” mövzusuna həsr olunmuş müsabiqəyə 100-dən çox ölkədən olan fotoqraflar 10500-ə yaxın əsər təqdim ediblər. Birinci yeri çilili fotoqraf Benjamin Yavar tutub. İkinci yerə türkiyəli fotoqraf Hüseyn Karahan, üçüncü yerə isə Mahdndra Bakle layiq görülüb.