"Ərzurumspor" 5 ildən sonra Superliqaya qayıdıb
Bakı, 19 aprel, AZƏRTAC
Türkiyə I Liqasından Superliqaya yüksələn ilk komanda bəlli olub.
AZƏRTAC xəbər verir ki, "Ərzurumspor" aşağı liqada mövsümün başa çatmasına 2 tur qalmış həm çempionluğu, həm də elitaya vəsiqəni təmin edib.
Komanda buna səfərdə "Bodrumspor"la 1:1 hesablı heç-heçə etməklə nail olub. Bu nəticədən sonra xallarını 79-a çatdıran çempionatın lideri ən yaxın izləyicisini 6 xal qabaqlayır.
"Serikspor" isə I Liqanı tərk edərək, II Diviziona düşüb.
Qeyd edək ki, "Ərzurumspor" Superliqada sonuncu dəfə 2020/2021-ci illər mövsümündə mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]