"Funq-Vonq" qasırğası Okinava adalarına yaxınlaşır
Bakı, 12 noyabr, AZƏRTAC
Filippində azı 25 nəfərin həyatına son qoyan “Funq-Vonq” qasırğası istiqamətini dəyişərək Yaponiyanın cənubundakı Okinava adalarına tərəf hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Meteorologiya Agentliyinin məlumatına görə, cari mövsümdə 26-cı tropik fırtına kimi qeydə alınan qasırğanın mərkəzində atmosfer təzyiqi 994 hektopaskala, küləyin sürəti isə saniyədə 23-35 metrə çatır.
Proqnozlara əsasən, özü ilə güclü yağış gətirən “Funq-Vonq” çərşənbə günü Okinavanın cənub sahillərinə yaxınlaşacaq, sonra isə adanın şərq hissəsi boyunca hərəkət edəcək.
Yerli hakimiyyət orqanları hava şəraitinin kəskinləşməsi ilə əlaqədar sakinləri dənizə çıxmamağa və mümkün qədər ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, “Funq-Vonq” bazar günü Filippinin şimal-şərq sahillərinə çatıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölkədə azı 25 nəfər ölüb, 2,4 milyondan çox insan təxliyə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [12:21]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]