"Kəpəz"in legioneri: Derbidə layiqli qələbə qazandıq, növbəti hədəf “Qarabağ”dır
Bakı, 23 yanvar, AZƏRTAC
"Turan Tovuz"la matçda yaxşı oynadıq və qalib gəldik. Düşünürəm ki, qələbəyə layiq idik".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Kəpəz"in futbolçusu Junior Martins Azərbaycan Premyer Liqasının XIX turunda "Turan Tovuz"a 2:1 hesablı qalib gəldikləri oyunu şərh edərkən deyib.
Qərb derbisində komandasının qələbə qoluna imza atan braziliyalı yarımmüdafiəçi qazanılan 3 xalın önəmli olduğunu bildirib: "Komanda yoldaşlarım çox istəkli mübarizə apardılar. Bütün oyunlarda qalibiyyət əldə etmək üçün çalışırıq. İndi əsas məqsəd Premyer Liqada qalmaqdır. Komandada hər kəs buna can atır".
XX turda "Qarabağ"a qarşı keçirəcəkləri oyuna da toxunan 24 yaşlı vinger bunları söyləyib: "Güclü komandaya qarşı oynayacağıq. Rəqibə hörmətlə yanaşırıq. Ancaq hədəf bu görüşdən də 3 xalla ayrılmaqdır".
Qeyd edək ki, "Kəpəz" hazırda 17 xalla 9-cu pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:36]
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]