"Milan" səfərdə “Bolonya”nı məğlub edərək A Seriyasında liderliyə yüksəlib
Bakı, 24 oktyabr, AZƏRTAC
Futbol üzrə İtaliya A Seriyasının doqquzuncu turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı “Milan” səfərdə “Bolonya” komandasının qonağı olub.
Gərgin keçən görüş 4:2 hesablı qonaqların qələbəsi ilə başa çatıb.
Milan təmsilçisinin heyətində Rafael Leao, Davide Kalabriya, İsmayıl Benaser, Zlatan İbrahimoviç fərqləniblər. “Bolonya”nın qollarını Musa Barov və Zlatan İbrahimoviç (avtoqol) vurub.
Bu qələbədən sonra xallarını 25-ə çatdıran "Milan" turnir cədvəlində qismən liderliyə yüksəlib. Ondan bir xal geri qalan “Napoli” oktyabrın 24-də səfərdə “Roma” ilə üz-üzə gələcək. “Bolonya” 12 xalla 9-cu yerdədir.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
"Salernitana" - "Empoli" - 2:4;
"Sassuolo" - "Venesiya" - 3:1;
"Torino" - "Genoa" - 3:2;
"Sampdoriya" - "Spesiya" - 2:1.