"Rabitəbank" tərəfdaş şəbəkəsini genişləndirir
Bakı, 5 mart, AZƏRTAC
Ölkənin qabaqcıl banklarından biri olan "Rabitəbank" kart müştərilərin rahatlığını təmin etmək məqsədilə tərəfdaş şəbəkəsini genişləndirir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Rabitəbank"ın hər növ kartının xüsusi endirimləri ilə hər bir müştəri hətta adi günlərdə özünü özəl hiss edərək eksklüziv təkliflərdən, endirimlərdən və aksiyalardan zövq alacaqlar. Belə ki, müştərilər ticarət, istirahət və əyləncə, turizm, səhiyyə, təhsil sahəsində xidmətlərdən, eləcə də tanınmış geyim, texnika, mebel mağazalar şəbəkələrindən kart vasitəsilə ödəniş edərək 40 faizədək xüsusi endirimlərdən yararlana bilərlər. Bankın gündən-günə genişlənən tərəfdaş şəbəkəsi ilə buradan ətraflı tanış olmaq mümkündür: http://bit.do/terefdash
Qeyd edək ki, indi müştərilər "Rabitəbank"ın plastik kartları vasitəsilə hər an bank kreditindən istifadə etmək imkanı əldə edirlər. 30 günlük güzəşt müddəti istifadə edilən məbləği hər növbəti ayına qədər heç bir faiz ödəmədən rahatlıqla istifadə etməyə imkan verir.
Bankın kredit kartları ilə müştərilər nəinki Azərbaycanda, eləcə də dünyanın istənilən nöqtəsində, həm bankomatlardan nağd pul çıxara, həm də ticarət mərkəzlərində və xidmət göstərən müəssisələrdə heç bir komissiya tutulmadan nağdsız ödəniş apara bilərlər.
"Rabitəbank"ın kartına sahib olmaq istəyən şəxslər bankın ən yaxın filialına yaxınlaşaraq və ya linkınə http://bit.do/Plastic-card daxil olaraq onlayn sifariş edə bilərlər.
Bankın digər xidmət və məhsulları haqqında ətraflı məlumatı isə 133 Məlumat Mərkəzi və ya bankın rəsmi saytından (www.rabitabank.com) əldə etmək olar.
Rabitəbankın müştərisi olmaq çox sərfəlidir!
Telefon: 133 info xətt
Veb: www.rabitabank.com
Facebook: www.facebook.com/rabitabank
Instagram: www.instagram.com/rabita_bank