"Sabah" bosniyalı futbolçu ilə yollarını ayırıb
Bakı, 5 yanvar, AZƏRTAC
“Sabah” futbolçusu Boyan Letiçlə yollarını ayırıb.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Bosniya və Herseqovinalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
B.Letiç 2022-ci ilin fevral ayından “Sabah”ın üzvü idi. O, komandanın heyətində ümumilikdə 125 oyun keçirib. Letiç “Sabah”ın tarixində vacib rol oynamış futbolçulardandır. 33 yaşlı müdafiəçi paytaxt təmsilçisinin tarixi ərzində ən çox oyun keçirmiş ikinci futbolçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifidir. O, “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]