"Sumqayıt" FK Albaniyanın “Şkenderbeu” komandası ilə qarşılaşıb
Sumqayıt, 14 yanvar, AZƏRTAC
“Sumqayıt” futbol klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. Topaz Premyer Liqasının növbəti turuna hazırlıq çərçivəsində qardaş ölkədə olan komanda artıq ilk yoxlama oyununa çıxıb.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Samir Abbasovun yetirmələri Albaniya təmsilçisi “Şkenderbeu” ilə qarşılaşıb. Oyunda komanda meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib. "Sumqayıt" FK-nın yeganə qolunun müəllifi Mirabdulla Abbasov olub.
Qeyd edək ki, 7 dəfə Albaniya çempionu olmuş “Şkenderbeu” hazırda milli çempionatda 32 xalla 3-cü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]