ABDOLBARİ GOOZALA “TÜRK DÜNYASINA XİDMƏT MÜKAFATI” TƏQDİM EDİLMİŞDİR
“Türk dünyasına xidmət mükafatı”nın birincisi Azərbaycanın ümummilli lideri Heydər Əliyevə, ikincisi Türk dünyasının tanınmış şəxsiyyətlərindən olan professor İhsan Doğramacıya, üçüncüsü isə “Azersun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozala verilmişdir.
Mərasimin əvvəlində “Azersun Holdinq”in nailiyyətlərindən bəhs edən film göstərilmişdir. “Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyi”nin rezidenti Əflatun Nemətzadə, professor İlham Rəhimli, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Feti Gedikli, yazıçı-publisist Mirvari Rəhimzadə cəsarətli, düzgün, bacarıqlı iş adamı Abdolbari Goozalın Azərbaycan iqtisadiyyatına və ölkəyə göstərdiyi xidmətlərdən danışmışlar.
Mərasim iştirakçılarının sürəkli alqışları altında “Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyi”nin prezidenti Ə. Nemətzadə “Türk Dünyasına Xidmət Mükafatı”nı Abdulbari Goozala təqdim etmişdir.
Mərasimin sonunda Azərbaycan Dövlət Filarmoniyasının sənətçiləri konsert proqramı ilə çıxış etmişlər.