ABƏŞ JURNALİSTLƏR ÜÇÜN NÖVBƏTİ TRENİNQ-SEMİNAR KEÇİRMİŞDİR
Beynəlxalq Əməliyyat Şirkəti Bakı Biznes Mərkəzində respublikanın kütləvi informasiya vasitələrinin nümayəndələri üçün növbəti treninq-seminar keçirmişdir.
ABƏŞ-dən bildirmişlər ki, treninq-seminardan məqsəd “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi layihələri və onların həyata keçirilməsi mexanizmləri barədə jurnalistləri ətraflı məlumatlandırmaq olmuşdur.
Seminarda bu işi layihələrin biznes meneceri Dunkan Smart yerinə yetirmişdir. O, layihələrin həyata keçirilməsinin beş mərhələsi-qiymətləndirmə, seçmə, müəyyənləşdirmə, icra və istismar, həm də keçid prosesləri barədə iştirakçılara geniş məlumat vermiş, Mərkəzi Azəri (Faza-1), Qərbi Azəri və Şərqi Azəri (Faza-2), Şahdəniz (Faza-3) və Alov perspektivlı strukturunun işlənmə, Bakı-Tibilisi-Ceyhan əsas ixrac neft kəmərinin isə tikilmə mərhələlərinə dair suallara aydınlıq gətirmişdir.