ABŞ-da bina faciəsi qurbanlarının sayı 22 nəfərə çatıb
Bakı, 3 iyul, AZƏRTAC
ABŞ-ın Mayami-Deyd dairəsinin (Florida ştatı) Serfsayd şəhərində çoxmərtəbəli binanın çökməsi nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb.
AZƏRTAC “USA Today” qəzetinə istinadla xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava məlumat verib.
O, həmçinin insanlara təhlükə törətdiyi üçün binanın dağılmayan hissəsinin sökülməsi barədə göstəriş verdiyini deyib. Merin sözlərinə görə, söküntü işləri “Elza” qasırğası ştat ərazilərini tərk etdikdən sonra başlanacaq, hazırda isə sağ qalanların axtarışı və xilası prioritet təşkil edir.
Xatırladaq ki, iyunun 24-nə keçən gecə Serfsayd şəhərində çoxmərtəbəli yaşayış binasının bir hissəsi çöküb. Son məlumata görə, hadisə zamanı binada olduğu güman edilən 126 nəfərin taleyindən xəbər yoxdur. Onların arasında ən azı doqquz dövlətin - ABŞ, İsrail, Rusiya və Latın Amerikasının altı ölkəsinin vətəndaşları var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]