ABŞ-DA ƏKİZ ANASI DAHA ALTI ƏKİZ UŞAQ DOĞMUŞDUR
AZƏRTAC xarici informasiya agentliklərnə istinadla xəbr verir ki, ABŞ sakini, üçyaşlı əkizlər anası 29 yaşlı Keyt Qosselin 30-cu daha altı əkiz- üç oğlan və üç qız doğmuşdur. Həkimlərin məlumatına görə, çağalardan yalnız birinin tənəffüslə bağlı problemi olmuşdur. Lakin indi onun həyatını da təhlükə gözləmir.
Keytin 27 yaşlı əri mətbuat konfransında çıxış edərək bildirmişdir: “İlk əkizlərdən sonra daha bir övladımızın olmasını istəmişdim, indi isə arvadım deyir ki, “yəqin, hələlik səkkizi bəs edər”.