ABŞ-DA SİQARETÇƏKMƏYƏ QARŞI VAKSİN SINAQDAN KEÇİRİLİR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, ABŞ-da siqaretçəkməyə qarşı vaksin sınaqdan keçirilir. Nikotinin insanın beyninə keçməsinə imkan verməyən “möcüzəli iynə” hələlik könüllülərə vurulacaqdır. Viskonsin Universiteti yanında Vərəm Problemlərinin Tədqiqi Mərkəzinin ekspertləri hesab edirlər ki, beynin nikotinlə təchiz olunmasının qarşısı alınarsa, qatı siqaretçəkənlərdə növbəti siqareti yandırmaq istəyi də sönəcəkdir.
Hazırda ABŞ-da yaşlı əhalinin beşdə bir hissəsi - təxminən 48 milyon adam siqaret çəkir. Hər il təkcə ABŞ-da bu zərərli vərdişlə bağlı xəstəliklər üzündən 400 mindən çox adam dünyasını dəyişir.
Tədqiqatlar göstərir ki, siqaret çəkənlərin üçdə iki hissəsi bu zərərli vərdişi tərgitmək istəsə də, iradəsini toplaya bilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]