ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb
Bakı, 3 iyul, AZƏRTAC
Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı artır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 5 ədəd artaraq 475 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 212 ədəd artıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 4 ədəd artaraq 376 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 185 ədəd artım qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd çoxalaraq 99 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 23 ədəd artıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2020-ci ilin avqustunda isə minimuma - 244-ə düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]