ABŞ-dan açıqlama: Türkiyəyə F-16-ların satışına dəstəyimiz davam edir
Bakı, 18 yanvar, AZƏRTAC
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ administrasiyasının Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına dəstəyini davam etdirdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Kirbi gündəlik mətbuat brifinqində Türkiyəyə F-16 satışını qiymətləndirib.
“Vəzifəyə gəldiyimiz gündən bu mövzuda ardıcıl siyasi mövqeyimiz var. Əlavə F-16-ların satışına və modernləşdirilməsinə dəstək verməyə davam edirik”, - deyə o bildirib.
Con Kirbi F-16-ların satışı ilə bağlı Konqresə rəsmi bildirişin nə vaxt göndəriləcəyi və satış cədvəli ilə bağlı dəqiq bir tarix deyə bilməyəcəyini söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]