ABŞ-ın Azərbaycandakı səfiri Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib
Bakı, 27 sentyabr, AZƏRTAC
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Vətən müharibəsində həyatını itirən şəhidlərimizin xatirəsini ehtiramla yad edib.
AZƏRTAC xəbər verir ki, səfirliyin Tviter hesabında bununla bağlı paylaşım edilib.
Paylaşımda, həmçinin deyilir: “Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk”.