Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-IN DÖVLƏT KATİBİNİN BİRİNCİ MÜAVİNİ RİÇARD ARMİTACIN AZƏRBAYCANA SƏFƏRİ BAŞA ÇATMIŞDIR

Amerika Birləşmiş Ştatlarının dövlət katibinin birinci müavini Riçard Armitacın Azərbaycana səfəri başa çatmışdır. O, martın 27-də yola düşməzdən əvvəl Heydər Əliyev adına Bakı beynəlxalq hava limanında jurnalistlərə ölkəmizə səfərinin yekunlarına dair müsahibə verərək demişdir:

- Mən Bakıya yenidən səfər etməyimdən çox şadam. Mən 1991-1992-ci illərdə də buraya gəlmişdim. Ötən müddət ərzində burada çox şeylər dəyişmişdir. Siz özünüz burada yaşayırsınız, ona görə də baş verən dəyişiklikləri yəqin ki, görmürsünüz. Amma mən isə üç-dörd ildən bir buraya gəlirəm. Ona görə də gördüyüm dəyişikliklər çox böyükdür.

Yola düşməzdən əvvəl Prezident İlham Əliyev ilə uzun bir görüşüm oldu. Ondan əvvəl isə mən müxalifətin nümayəndələri və liderləri ilə görüşdüm, ölkədə gedən proseslər barədə onların rəyləri ilə tanış oldum. Mən səfirliyimizdə də oldum və gördükləri gözəl işlərə görə departament adından onlara təşəkkürümü bildirdim.

Mən sizin Prezidentinizə və onun vasitəsilə Azərbaycan xalqına öz təşəkkürümü bildirdim. Azərbaycan əsgərlərinin İraqda, Əfqanıstanda koalisiya tərkibində göstərdikləri nümunəvi xidmətlərə görə təşəkkür etdim. Ona görə ki, bu, koalisiyanın gördüyü işə misilsiz bir töhfədir. Mən burada olmağıma çox şadam və sizin suallarınıza cavab vermək istəyirəm.

SUAL: ABŞ terrorizmə qarşı mübarizədə Azərbaycanla əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Amerikanın mobil qüvvələrinin müvəqqəti olaraq Azərbaycanda yerləşdirilməsi mümkündürmü?

CAVAB: Dediyim kimi, biz Azərbaycanın hərbi sahədə Amerika Birləşmiş Ştatları ilə birgə əməkdaşlığını çox yüksək qiymətləndiririk. Həm İraqda, həm də Əfqanıstanda biz bunun nümunəsinin şahidi oluruq. Lakin mən şəxsən Prezidentlə görüşdə bu məsələni müzakirə etmədim. Ona görə ki, bizim buna heç bir marağımız yoxdur, belə bir niyyətimiz yoxdur.

SUAL: Cənab Armitac bildirdi ki, o, bu gün səhər müxalifət liderləri ilə görüşübdür. Bilmək istəyirik ki, görüşdə hansı məsələlər qaldırılmışdır. Həmin məsələlər cənab İlham Əliyevlə görüşdə müzakirə edilibmi və əgər edilibsə, dövlətimizin başçısının buna münasibəti necə olubdur?

CAVAB: Mən həmişə söhbət edənlərə qulaq asıram, sonra da öz şərhimi verirəm. Əsas məqamlardan biri, - yəqin hamı bununla razılaşacaq, - sərbəst, müstəqil mətbuata olan ehtiyacdır. Prezidentlə bu məsələni müzakirə etdim və bildirdim ki, onun yaxınlarda ictimai televiziyaya dair imzaladığı qanun bu sahədə addımlardan biridir. O da mənimlə razılaşdı ki, həqiqətən, Azərbaycanda müstəqil mətbuat olmalıdır, o cümlədən yaradılacaq müstəqil televiziya da müstəqil olmalıdır.

Əlbəttə, biz ərazi bütövlüyü məsələsini də müzakirə etdik. Bu məsələ ilə bağlı mən müxtəlif rəylər, fikirlər eşitmək istəyirdim. Hətta müxalifətin də funksiyasına daxildir ki, müxtəlif alternativ fikirlər səsləndirsin, gələcəyə dair müxtəlif proqramlar irəli sürsün.

SUAL: Cənab Armitac, siz 15 oktyabr prezident seçkilərindən sonra Azərbaycanda gedən prosesləri necə qiymətləndirirsiniz? Bir sıra beynəlxalq insan haqları təşkilatları vəziyyəti belə qiymətləndirir ki, bu, insan haqları sahəsində son on ildə yaranmış ən ciddi böhrandır.

CAVAB: Dövlət Departamenti Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat dərc etmişdir. Elə bilirəm, siz o hesabatda özünüz də görə bilərsiniz ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti daha yaxşı, daha mükəmməl ola bilərdi. Yəni, arzu olunana cavab vermir. Lakin biz ona da ümid edirik ki, bu vəziyyət daimi deyildir, bu, dəyişəcəkdir və Azərbaycan hökuməti bizə icazə verir ki, bu sahədə Azərbaycanda proqramlar həyata keçirək. Bu da öz növbəsində, Azərbaycanda insan hüquqlarının yaxşılaşmasına öz töhfəsini verəcəkdir.

SUAL: Cənab Armitac, 12 ildir ki, ATƏT-in Minsk qrupu fəaliyyət göstərir və indiyədək tərəfləri razı sala biləcək konkret təklif, plan irəli sürülmür. Sürülənlər isə bu və ya digər tərəfdən rədd olunubdur. Bilmək istərdik, cənab Armitacın fikrincə, bunun səbəbləri nədir? Amerika Birləşmiş Ştatları həmsədr olaraq bu istiqamətdə səylərin artırılması və müsbət nəticənin əldə edilməsi üçün hansı konkret addımlar atmaq fikrindədir?CAVAB: Əvvəlcə, demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinə dair həll yuxarıdan aşağı təklif oluna bilməz. Yəni təklif aşağıdan gəlməlidir, tərəflərin özləri irəli sürməlidir. Çünki Minsk qrupu yalnız vasitəçidir. Eyni zamanda, biz ümid edirik, hər iki tərəf bir araya gələcək və məsələni bir yerdə müzakirə edəcəklər. Ona görə ki, Minsk qrupunun hər zaman yeni təklifləri olur. Lakin bu, yenə də tərəflərin öz öhdəsinə düşən bir işdir və gərək onu bir yerdə müzakirə etsinlər. Əgər Dağlıq Qarabağ məsələsini həll etmək asan olsaydı, bu, çoxdan həll edilmiş olardı. Lakin biz səylərimizi davam etdiririk və ümid edirik ki, bu, nə vaxtsa, yaxın gələcəkdə baş verəcəkdir. SUAL: Cənab Armitac Azərbaycanda insan hüquqlarının vəziyyətindən danışdı. Bilmək istəyirik, bu məsələ Prezident İlham Əliyev ilə görüşdə müzakirə olundumu? Əgər müzakirə edildisə, yaxın vaxtlarda hansısa addımların atılmasına dair bir razılıq oldumu? Ümumiyyətlə, istərdik, cənab Prezidentlə müzakirə olunan məsələlər barədə məlumat verəsiniz. CAVAB: Təəssüf ki, bu, mənim ənənəmə uyğun deyildir. Mən keçirdiyim görüşləri, apardığım müzakirələri ictimaiyyət qarşısında açıqlamağı sevmirəm. Yalnız onu deyə bilərəm ki, cənab İlham Əliyev mənə çox açıq və mütərəqqi görüşlü bir insan təəssüratı bağışladı. Heç şübhəsiz ki, biz onunla müstəqil mətbuat barəsində fikir mübadiləsi apardıq. Eləcə də, ölkədə baş vermiş dəyişikliklərlə bağlı təəssüratları bölüşdük. Xüsusilə din azadlığı sahəsində irəliləyiş barədə fikirlərimi onunla bölüşdüm. SUAL: Cənab Armitac, siz Yerevanda olarkən Ermənistanla Türkiyə arasında sərhədin açılmasının arzu edildiyini bildirdiniz. Lakin Bakı bəyan edir ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə nizama salınmasını mümkünsüz edəcəkdir. Siz bu məsələni Prezident İlham Əliyevlə müzakirə etdinizmi, əgər müzakirə etdinizsə, münaqişənin dinc yolla nizamlanmasına dair qarşılıqlı surətdə hər hansı məqbul bir qərar tapa bildinizmi? CAVAB: Bəli, mən həqiqətən də dedim ki, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması yaxşı bir iş olardı. Cənab İlham Əliyev isə bu barədə öz fikirlərini mənimlə bölüşdü və dedi ki, bunu indi etmək sülh prosesinə xələl gətirmiş olardı. Biz bu məsələni müzakirə etdik və mən onun bu məsələ ilə bağlı mövqeyi ilə tanış oldum. SUAL: Cənab Armitac, indi Ermənistanda vəziyyət gərginləşmişdir. Müxalifət Gürcüstanda baş vermiş “məxməri inqilab”ı Ermənistanda da edə bilər. Belə deyirlər ki, Robert Koçaryan vəziyyəti sabitləşdirmək üçün Dağlıq Qarabağ müharibəsini yenidən başlamaq istəyir. Ermənistanın heç bir variantı qəbul etmədiyi halda, Azərbaycanın da öz torpaqlarını azad etmək üçün başqa yolu qalmayacaqdır. Sizcə, ABŞ müharibə variantını necə qiymətləndirir? CAVAB: Mən Koçaryan ilə görüşümdə bu məsələyə toxundum və dedim ki, son vaxtlar burada bu məsələdə gərginlik müşahidə olunmaqdadır. Onun da tərəfindən Dağlıq Qarabağ məsələsinə nə qədər əhəmiyyət verildiyini hiss etdim. Lakin onun cavabı bundan ibarət oldu ki, burada danışılası bir söz yoxdur. Amma biz özümüz dünya təcrübəsindən bilirik ki, məsələn, son vaxtlar Kosovoda vəziyyət çox tez bir zamanda dəyişdi. Odur ki, bizim hamımızın maraqlarına daxildir ki, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq üçün səylərimizi artıraq. Çox sağ olun. İndi biz Vaşinqtona uçacağıq. Mən bir daha vurğulayıram ki, ölkənizdə olmağımdan çox məmnunam və burada baş verənləri, xoş işləri görməyimdən çox şadam. Sizin hamınıza uğurlar arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO