ABŞ-IN İKİ ŞTATINDA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNMUŞDUR
ABŞ-ın Nyu-Hempşir və Massaçusets ştatlarında leysan yağışlar nəticəsində yaranmış daşqınlar üzündən fövqəladə vəziyyət elan olunmuşdur. AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, təbii fəlakətlə mübarizə üçün daşqın zonalarına Milli Qvardiya bölmələri göndərilmişdir. Nyu-Hempşir ştatının qubernatoru jurnalistlərə demişdir ki, vəziyyət çox ciddidir və getdikcə daha da pisləşir. Milli hidrometeorologiya xidməti ştatın 17 rayonunda daşqın haqqında xəbərdarlıq etmişdir. Milton şəhərində vəziyyət daha ağırdır. Burada torpaq bənd dağılmaq təhlükəsi qarşısındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]