Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-ın Mərkəzi Asiyada möhkəmlənməsi Azərbaycan üçün hansı perspektivlər vəd edir?

ABŞ-ın Mərkəzi Asiyada möhkəmlənməsi Azərbaycan üçün hansı perspektivlər vəd edir?

Bakı, 31 oktyabr, Rabil Kətanov, AZƏRTAC

XX əsrin tanınmış siyasi nəzəriyyəçisi, Oksford Universitetinin professoru, Böyük Britaniya parlamentinin üzvü Halford Makkinder “Tarixin coğrafi oxu” əsərində “Heartland” (Ürək) konsepsiyasını irəli sürür. O, öz nəzəriyyəsində Avrasiya qitəsinin qlobal siyasətdəki yeri və rolunu qiymətləndirir və bu qitəni yer kürəsinin “ürəyi” adlandırır. Professor nəzəriyyəsini belə formalaşdırıb: “Mərkəzi Asiyanı idarə edən, eyni zamanda, Avrasiyanı da idarə edəcək. Avrasiyanı idarə edən isə bütün dünyanı idarə etmək imkanına malik olacaq”.

AZƏRTAC xəbər verir ki, bu gün dünyada, xüsusilə də Avrasiya qitəsində baş verən siyasi hadisə və proseslərə diqqətlə baxsaq alimin 1904-cü ildə təqdim etdiyi nəzəriyyənin əhəmiyyətli və əsaslı olduğunu görərik. Bəzi mənbələrə görə Adolf Hitler məhz bu nəzəriyyəyə əsaslanaraq dünyaya hökmranlıq etmək iddiasına düşmüşdü.

Ötən əsrin son rübündə - 1990-cı ildə “Berlin divarı”nın uçurulması və Almaniyanın birləşməsi, 1955-ci ildə yaradılmış Varşava Müqaviləsi Təşkilatının ardınca SSRİ-nin dağılması, davam edən Rusiya-Ukrayna müharibəsi və qitədəki digər regional xarakterli münaqişələr Avrasiyaya nəzarəti ələ keçirmək üçün aparılan geosiyasi mübarizənin davamıdır.

Geosiyasi mübarizə bəzən qanlı toqquşmaya gətirib çıxarır ki, bu da qlobal səviyyədə ölkələrin dağılmasına, ticarətin zəifləməsinə, iqtisadi problemlərin meydana çıxmasına səbəb olur. Lakin bununla yanaşı geosiyasi mübarizədə ABŞ-ın “Müstəqillik Bəyannaməsi”nin müəllifi və 3-cü prezidenti Tomas Ceffersonun geosiyasi mübarizədə tətbiq etdiyi “yumşaq güc” anlayışı da var. T.Cefferson ABŞ-ın Fransadakı səfiri vəzifəsində çalışdığı zaman yazırdı ki, “Hər kəsin iki ölkəsi var. Biri öz ölkəsi digəri isə Fransa”. O, Fransanın “yumşaq güc” ilə Yaxın Şərqdə, Afrika və Asiyada böyük geosiyasi üstünlüklər əldə etdiyi bildirib.

Mərkəzi Asiya respublikalarının (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan) rəhbərlərinin Prezident Donald Tramp tərəfindən ABŞ-a, sammitə dəvət edilməsinə də geosiyasi mübarizədə “yumşaq güc”ün tətbiqi kontekstindən baxılmalıdır. Uzaq Şərqə, Çinə, Rusiyaya, Cənubi Qafqaza, Cənub-Şərqi Asiyaya çıxışı olan Mərkəzi Asiyanın böyük iqtisadi potensialı var və bu potensial onu regional güc mərkəzinə çevirmək imkanı yaradıb.

Asiya İnkişaf Bankının “Asian Development Outlook” (Asiya İnkişaf Perspektivləri) adlı hesabatında bildirilib ki, Mərkəzi Asiyanın ümumi daxili məhsul istehsalı 2025-ci ildə 4,5, 2026-cı ildə isə 5 faiz artacaq. Son 30 ildə əhalinin sayı 47 faiz (23 milyon nəfər) artıb. Region dünya bazarına ildə 8 milyon ton pambıq ixrac edir. Mərkəzi Asiya respublikaları ümumilikdə 30 milyard ton neft və 20 trilyon kubmetr təbii qaz ehtiyatına malikdir. Regionun İpək Yolunun üzərində yerləşməsi onun nəqliyyat-tranzit potensialını artırır, Avropa ilə Çini və Cənub Şərqi Asiya ölkələrini birləşdirir. Bütün bunlar əlbəttə ki, ABŞ-ın diqqətindən yayınmır.

Son illərdə ABŞ-ın xarici siyasəti xüsusən 2024-cü il seçkiləri ərəfəsində əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Yeni Amerika strategiyası, tanınmış ekspert Valter Rassell Meadin analizində vurğulandığı kimi, iqtisadi praqmatizm və milli maraqların qorunmasına əsaslanır. Ekspert Çinin təsirini azaltmaq üçün regiona daha çox nüfuz etməyin zəruriliyini qeyd edir.

Yuxarıda deyilənləri nəzərə alaraq Mərkəzi Asiya respublikalarının Vaşinqtona dəvət olunması Amerikanın “yumşaq güc”dən daha səmərəli istifadə edərək regionu nəzarəti altına almaq istəyindən xəbər verir.

Azərbaycanın bu prosesdə yeri və mövqeyi nədən ibarət olacaq?

ABŞ-ın Mərkəzi Asiyada möhkəmlənməsi Azərbaycan üçün hansı perspektivi vəd edir? Bu sualları cavablandırmaq üçün son dövrlər ABŞ-Azərbaycan münasibətlərindəki müsbət transformasiyaya nəzər salmaq lazımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Zəfər qazanaraq regionda yeni reallıqlar yaratdı. Qlobal siyasi prosesləri diqqətlə izləyən ABŞ bu reallıqlardan səmərəli istifadə etməyə çalışaraq Azərbaycan ilə Ermənistan arasında sülh prosesini məntiqi nəticəyə çatdırmaq üçün Ağ Evdə tərəflər arasında sənəd imzalanmasına nail oldu. Məhz bu sənədin imzalanmasından sonra sülh prosesi sürətləndi. Azərbaycan Mərkəzi Asiyadan Ermənistana dəmir yolu ilə yükdaşımalara icazə verdi. Bunun qarşılığı olaraq Ermənistan da Türkiyə ilə Azərbaycan arasında dəmir yolu əlaqəsinə maneə yaratmayacağını bəyan etdi. Prezident İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizinin də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılması təsadüfi xarakter daşımır. Bu, Amerikanın artıq regiona nüfuz etdiyini göstərir. Proseslərdən sonra D. Tramp Mərkəzi Asiya dövlətlərinin prezidentlərini noyabrın 6-da Vaşinqtona dəvət edib. Avrasiyaya nəzarət etməyə çalışan ABŞ ilk növbədə Mərkəzi Asiyanı öz tərəfinə çəkməyə səy göstərir ki, bu da praqmatik siyasətdir. Praqmatizm siyasi mənada müəyyən güzəştlərlə maraqların üst-üstə düşməsini təmin etməkdir. ABŞ Prezidentinin təşəbbüsü Amerikanın, Mərkəzi Asiya respublikalarının və Azərbaycanın maraqlarının üst-üstə düşməsini təmin edir. Buna misal olaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu misal göstərə bilərik. Bu yolla Çin öz mallarını Mərkəzi Asiya və Azərbaycandan tranzit keçməklə Avropaya ixrac edir. ABŞ-ın Avropadakı müttəfiqləri ticarət əlaqələrini genişləndirir, Azərbaycan və Mərkəzi Asiya respublikaları tranzit gəlir əldə edir. ABŞ-ın logistika şirkətləri marşrutun ehtiyacı olan infrastruktur layihələrə sərmayə yatırıb qazanc əldə edir. Bir sözlə layihədə iştirak edən bütün tərəflər qazanc əldə edir ki, bu da praqmatizmin nümunəsidir. Azərbaycan coğrafi mövqeyi ilə yanaşı infrastruktur layihələri ilə də Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə, Şərqi və Qərbi Avropa ilə birləşdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın da Vaşinqtona dəvət olunmasını arzulayaraq deyib: “Mən Azərbaycanın da belə bir vacib forumda iştirakını arzuolunan hesab edirəm. Çünki enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji vizyonu və siyasi iradəsi nəzərə alınmaqla, bu ölkə mahiyyət etibarilə regional nəqliyyat, logistika və enerji gücünə çevrilib, Cənubi Qafqazda və ondan kənarda mühüm rol oynayır. Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsi hesab edilə bilər. Əminəm ki, tədbir məhsuldar və qarşılıqlı faydalı olacaq”. Azərbaycan region uğrunda aparılan geosiyasi mübarizədə həm Çin, həm də ABŞ üçün əhəmiyyətli dövlətdir.

Çinin Mərkəzi Asiyaya daxil olmasına da ABŞ biganə yanaşa bilmir. Lakin Çin artıq regiona kifayət qədər nüfuz edə bilib və bu ABŞ-ı tələsdirir. “Bir kəmər, bir yol” layihəsi 2013-cü ildən Mərkəzi Asiyada Çinin mövcudluğunu gücləndirməyə yönəlmiş xarici iqtisadi siyasətinin əsas elementinə çevrilib. Bu plan, Çin məhsullarının Avropaya maneəsiz çatdırılmasını təmin edən infrastruktur və enerji layihələrini əhatə edir. 2013-2023-cü illər arasında Çin Mərkəzi Asiya ölkələrinə 40 milyard dollardan çox sərmayə yatırıb ki, bu da ticarət dövriyyəsini 50 milyard dollara çatdırıb.

Çin sərmayələrində enerji sektoru xüsusi yer tutur. Məsələn, Qazaxıstanda Çin iki ölkəni birləşdirən və Çinə enerji resurslarının stabil çatdırılmasını təmin edən bir neft kəmərinin inşasına 20 milyard dollardan çox vəsait yatırıb. Özbəkistanda Çin neft-qaz infrastrukturunun modernləşdirilməsinə 10 milyard dollardan çox sərmayə qoyub. Türkmənistanda isə Çin investisiyaları əsasən Mərkəzi Asiya-Çin qaz kəməri layihəsinə yönəlib, bu kəmər təbii qazın nəqlini təmin edir və Çinin neft və qaz ehtiyaclarının təxminən 30 faizini qarşılayır.

Qlobal qeyri-sabitlik fonunda, xüsusilə Ukrayna və Yaxın Şərqdəki böhranlar səbəbindən, Çin Mərkəzi Asiyanı həyati əhəmiyyətli enerji resursları və logistika dəhlizi kimi qəbul edir. Bu dəhliz daha təhlükəsiz və daha sabit marşrutlarla təchizat riskini azaldır. Pekin bölgədəki əsas infrastruktur layihələrinə fəal sərmayə qoyaraq mövqeyini gücləndirir və bu da ABŞ üçün ciddi sınaq yaradır. Amerika bu siqnalı çoxdan eşidib. Hələ 2023-cü ildə prezident Co Bayden bütün beş Mərkəzi Asiya respublikalarının liderləri ilə C5+1 Sammitində tarixi görüş keçirdi və bu görüşdə regionun iqtisadi dayanıqlığını artırmaq məqsədilə ERICEN proqramına (Mərkəzi Asiya üçün İqtisadi Dayanıqlılıq Təşəbbüsü) 25 milyon dollar ayıracağını elan etdi. Bu proqram xüsusi sərmayələrin cəlb edilməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və infrastrukturun inkişafına yönəlib ki, bu da regionun Çin və Rusiyadan iqtisadi asılılığını azaltmalıdır. 2024-cü ildə ABŞ və Mərkəzi Asiya arasında Ticarət və İnvestisiya Çərçivə Sazişi Şurasının (TIFA) birgə bəyanatında ticarət və investisiya əlaqələrinin gücləndirilməsinə vurğu edilmişdi.

Göründüyü kimi Mərkəzi Asiyanın iqtisadi potensialının artması onun dünya iqtisadiyyatına daha dolğun inteqrasiyası zərurətini yaradıb. Bu inteqrasiya isə Azərbaycansız mümkün deyil. Odur ki, geosiyasi mübarizənin nəticəsində Avrasiyada kimin üstün mövqe əldə etməsindən asılı olmayaraq Azərbaycan sabitlik və inkişaf adası olaraq qalacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bağdad İƏT Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasına ev sahibliyi edəcək

Qazaxıstanda yanğının söndürülməsinə 220-dən çox insan və 2 helikopter cəlb olunub

Almaniyada regional seçkilərin nəticələri ölkənin siyasi gündəmində ciddi müzakirələrə səbəb olub

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

Nikola Düpon-Enyan: Fransanın Aİ-dən çıxmasını təklif edən yeganə namizəd mən olacağam

Bu saata olan əsas xəbərlər

Tarixi coğrafiyamız antik və orta əsr mənbələrindəki Albaniya sərhədləri ilə üst-üstə düşür VİDEO

Tarixi coğrafiyamız antik və orta əsr mənbələrindəki Albaniya sərhədləri ilə üst-üstə düşür VİDEO

“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilib

Bakıdan dünyaya uzanan mənəvi irs: Seyid Yəhya Bakuvi VİDEO

Bakıdan dünyaya uzanan mənəvi irs: Seyid Yəhya Bakuvi VİDEO

ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir

Beynəlxalq Musiqi Festivalı çərçivəsində azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsert

Antiterror əməliyyatlarının iştirakçısı: Xankəndiyə daxil olanda özümüzdə böyük rahatlıq hiss etdik

Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfə beynəlxalq monotamaşalar festivalında iştirak edəcək

Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı

Toğrul Əsədullayev: Yeni layihələrimizdə muğam sənətinin təbliğinə xüsusi yer verilir

Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib

Xəzərdə zəlzələ olub

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

Ermənistanın siyasi rəhbərliyi revanşist çağırışlara qarşı aydın mövqe nümayiş etdirməlidir - ŞƏRH

Musiqiçi: Tədqiqatlarımda əsas diqqəti qədim macar klassik musiqisinin izlərinin araşdırılmasına yönəldirəm

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın baş verib VİDEO

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın baş verib VİDEO

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb – YENİLƏNİB 2

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Natəvan poeziyasında qəlbin etirafları

Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb

Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun qızı: Atamın ölümündən sonra arxivdə tamamlanmamış bir şeir tapdıq

Sərdar Salmanzadə: Uşaq futbolunun inkişafı üçün yarışların sayını artırmaq lazımdır - MÜSAHİBƏ

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub

TDT regionu enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər - YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər - YENİLƏNİB VİDEO

Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası baş tutub

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

Bakının daha iki küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib

AMB nümayəndəsi: Azərbaycanda Y və Z nəsilləri krediti daha çox maliyyə aləti kimi nəzərdən keçirirlər

Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib

Bakı və Hamburq limanları arasında əməkdaşlıq güclənir

Bakı beynəlxalq telekommunikasiya ekspertlərini bir araya gətirib

Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir

Mərkəzi Bankın şöbə rəisi: Rəqəmsal platformalar gənclərin investisiyalara marağını artırır

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə dinlənilib

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Saz və Balaban”: Estoniyada Azərbaycan folklor musiqisi və rəqsləri təqdim olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Etnoqraf: Milli geyim gündəlik həyatımızın bir hissəsinə çevrilməlidir

Kompüter və telefon ekranlarının gözlərə təsiri: Göz sağlamlığımızı necə qoruyaq? - Oftalmoloqdan tövsiyələr

AQTA: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək

AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub

“Sülhün rəngləri” adlı inklüziv rəsm sərgisi təşkil olunub

Kimya İnstitutunun əməkdaşı metanın çevrilməsində istifadə olunan katalizatorları araşdırıb

Yaponiyalı doktorant Azərbaycan botanikləri ilə birgə mamır növünün populyasiya genomikasını araşdırır

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib

Koreyalılar Azərbaycan dastanları barədə məlumatlandırılıblar

Çin eksperti: Azərbaycan və Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın böyük potensialı var ŞƏRH

Şərqşünas-alim VIII Beynəlxalq İstanbul Aktual Elmi Tədqiqatlar Konfransında məruzə edib

Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycanın müalicə-sağlamlıq turizmi potensialı beynəlxalq auditoriyaya təqdim edilib

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Ukraynanın taxıl ixracı 22 faiz azalıb

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

Son 25 il ərzində orta ixtisas təhsili müəssisələrində tələbələrin sayı 23,2 min nəfər artıb

Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur

AZAL Mərkəzi Asiya ölkələrinə həftədə 47 reys yerinə yetirir, bu il 400 minədək sərnişin daşıyıb

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

Amerikalı baş məşqçi: “Gəncə” komandasında fərqli və qeyri-standart yanaşmalardan istifadə edəcəyik -MÜSAHİBƏ

® “Carlsberg Azerbaijan” “Xəzəri qoruyaq!” sahilyanı təmizlik aksiyasına qoşulub

Dövlət ümumi təhsil müəssisələrində müəllimlərin 82,5 faizini qadınlar təşkil edir

Göylərdə keçən ömür – Rafiq Səlimovun xatirələri

Türk dünyasının birliyi: Bakı görüşləri və strateji müttəfiqliyin yeni mərhələsi - ŞƏRH

ADPU tədqiqat universiteti olmaq üçün yeni hədəflər müəyyənləşdirib

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub VİDEO

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub VİDEO

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

ADAU ilə “TEG Agroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

ADAU ilə “TEG Agroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

Azərbaycan FAST çərçivəsində iqlimədavamlı kənd təsərrüfatı üzrə təşəbbüslərini təqdim edib

Ümumi təhsil müəssisələrinin məzunlarının sayı artıb

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Monteneqro millisinin sabiq basketbolçusu “Neftçi”yə keçib

Fransada silahlı insident: Ölən və yaralanan var

İİTKM ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri dəyərləndirilib

"Araz-Naxçıvan" baş məşqçisi ilə yollarını ayırıb

Qafqaz Albaniyasının mədəni irsi - tədqiqat

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

Baş məşqçi: Dünya Kuboku inkişaf baxımından üzgüçülərimiz üçün mühüm imkanlar yaradacaq

Qazaxıstanda Beynəlxalq Sığorta Forumunda ölkəmizdə sığorta sektorunda aparılan islahatlar barədə məlumat verilib

“Biletim.az” portalında daha bir funksiya aktivləşdirilib

Media nümayəndələri “B-READY” hesabatının metodologiyası barədə məlumatlandırılıblar

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib