ABŞ KONQRESİNDƏ AZƏRBAYCAN ÜZRƏ İŞÇİ QRUPU QEYDİYYATA ALINMIŞDIR
Azərbaycan üzrə işçi qrupunun qeydiyyata alınması barədə məlumatı həmsədr Kurt Ueldon respublikamızın müdafiə naziri Səfər Əbiyevlə Konqresdə martın 25-də keçirdiyi görüşdə açıqlamışdır. Konqresmen Ueldonun sözlərinə görə, yaradılan yeni qurum Azərbaycanın Konqresdəki maraqlarının müdafiəsini daha da möhkəmləndirəcək və ABŞ-Azərbaycan əməkdaşlığına yeni təkan verəcəkdir. O, Azərbaycanı ABŞ-ın strateji tərəfdaşı kimi səciyyələndirmiş, ölkəmizə İraqdakı sülhməramlı əməliyyatlarda və antiterrorla bağlı qlobal mübarizədə iştirakına görə təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, bu günədək Konqresdə postsovet məkanına aid millətlərdən yalnız ukraynalılar və ermənilər üzrə ayrıca işçi qrupu mövcud idi.