Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ Konqresində Xocalı soyqırımının qurbanlarını anan bəyanatlar səsləndirilmişdir

Vaşinqton, 22 fevral (AZƏRTAC). 1992-ci ilin fevralında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanda həyata keçirilən amansız Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsi ABŞ Konqresinin Nümayəndələr Palatasında anılmışdır. Azərbaycan üzrə işçi qrupunun həmsədri konqresmen Bill Şuster, eləcə də Konqres üzvləri xanım Virciniya Foks, Stiv Koen və xanım Eddi Bernis Conson Nümayəndələr Palatasında verdikləri bəyanatlarla həmkarlarını Azərbaycanın Xocalı şəhərinin acı taleyinə biganə qalmamağa və keçmiş sovet ordusunun motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən yerlə-yeksan edilən şəhərin qətlə yetirilmiş azərbaycanlı sakinlərinin xatirəsini anmağa çağırmışlar.

Şimali Karolina ştatının Konqresdəki nümayəndəsi xanım Virciniya Foks bildirmişdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə 613 nəfər qətlə yetirilmişdir. “Human Rights Watch”, “Memorail” və digər beynəlxalq insan haqları müşahidəçiləri bu hadisəni Dağlıq Qarabağ münaqişəsində “bu günə qədər ən böyük qırğın” adlandırmışlar. Konqres üzvü xatırlatmışdır ki, beynəlxalq icma tərəfindən dəfələrlə pislənən bu faciəni 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasının bir qrup üzvü 324 nömrəli yazılı bəyannamədə “ermənilər Xocalının bütün əhalisini qırmış və şəhəri tamamilə dağıtmışlar” ifadələri ilə təsvir etmişlər. Virciniya Foks Konqresin spikerinə müraciətdə demişdir: “Mən, həmkarlarımı mənə qoşularaq Xocalı şəhəri və həmin fəlakətli günlərdə qətlə yetirilən Xocalı sakinlərinin xatirəsini yad etməyə və bu faciənin ildönümündə Azərbaycana dərin başsağlığı verməyə çağırıram”.

Tennesi ştatının konqresmeni Stiv Koen isə bəyanatında qeyd etmişdir ki, vaxtilə yeddi min nəfər əhalisi olan Xocalı şəhəri 1992-ci ilin 25-26 fevralında erməni silahlı qüvvələri tərəfindən tamamilə yerlə-yeksan edilmişdir. Hazırda erməni işğalı altında olan şəhərə hücum nəticəsində 613 nəfər qətlə yetirilmişdir. Bunların 106-sı qadın, 63-ü uşaq, 56 nəfər isə xüsusi qəddarlıq və işgəncə ilə öldürülənlər idi. 1275 nəfər əsir götürülmüş, 155 nəfər itkin düşmüş, 487 nəfər, onlardan 76-sı azyaşlı olmaq şərti ilə əlilə çevrilmişdir. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130-u isə ən azı bir valideyndən məhrum edilmişdir. Koen faciəni həmkarlarına təsvir edərkən o zaman hadisə haqda yazan ABŞ-ın “Newsweek” və “Times” jurnallarından məqalələri xatırlatmışdır. O da, Azərbaycanın dünyanın mürəkkəb bölgəsində ABŞ-a güclü müttəfiq olduğunu deyərək, Konqres üzvlərini Xocalı şəhərində baş verən faciəni azərbaycanlılarla birlikdə anmağa çağırmışdır.

Azərbaycanın işğal edilmiş ərazisində baş verən faciə ilə bağlı bəyanatla çıxış edən daha bir Konqres üzvü, Texas ştatının təmsilçisi xanım Eddi Bernis Conson vurğulamışdır ki, hər il bu günlərdə Azərbaycanın müsəlman, xristian və yəhudi icmaları bir araya gələrək Xocalıda erməni silahlı qüvvələri tərəfindən həyata keçirilən etnik təmizləməni pisləyir və beynəlxalq icmanı bu qanlı faciəni unutmamağa çağırır. “Onların çağırışlarını biz eşidirik”, - deyən xanım Conson diqqətə çatdırmışdır ki, baş verən faciə geniş beynəlxalq media diqqəti qazansa da, o vaxtdan bəri, demək olar ki, unudulmuşdur: “Ümid edirəm, bundan sonra biz, hər il qurbanların xatirəsini dualarla ana biləcəyik”. Amerika qanunvericisi Dağlıq Qarabağ münaqişəsinin bu gün də yüz minlərlə qurbanlarının qaçqın və məcburi köçkün kimi yaşadığını bildirmişdir. Eddi Bernis Conson demişdir: “Mən, Ruanda soyqırımının indiyədək sağalmayan qurbanları ilə görüşmüşəm, Bosniyaya gedib müharibədən sonra orada etnik təmizləmənin nəticələrini görmüşəm. Bilirəm ki, xəritədən hətta kiçik şəhərin silinməsi belə bütün bölgəyə böyük ziyan vurur. Bu gün Kəşmir və Darfurda qırğınlar baş verdiyi, günahsız mülki vətəndaşların qurbana çevrildiyi bir vaxtda biz, beynəlxalq icma kimi daha çox iş görməliyik”. Konqres üzvü xanım Conson Dağlıq Qarabağ münaqişəsi tərəflərinin dinc həll yolu tapacağına və burada baş verən etnik təmizləmənin bitəcəyinə ümid etdiyini bildirmişdir. Onun sözlərinə görə, Xocalıda qətlə yetirilən insanların xatirəsi qarşısında hamı bu cür addımları qətiyyətlə pisləməyə borcludur.

Konqresdə Azərbaycanla bağlı işçi qrupunun həmsədri, pensilvaniyalı qanunverici Bill Şuster Xocalı qırğınını bəşəriyyətə qarşı cinayət adlandıraraq faciənin ildönümünü anan Azərbaycan xalqı ilə birlikdə olmağa çağırmışdır. Azərbaycanı ABŞ-ın güclü strateji müttəfiqi və dostu kimi dəyərləndirən konqresmen həmkarlarına müraciət edərək bildirmişdir ki, millət vəkilləri kimi onlar haqqında az məlumat olan hadisələri üzə çıxarmalıdırlar. Baş verən zaman “Boston Gobe”, “Washington Post”, “New York Times” və bir sıra digər nüfuzlu Avropa və Rusiya xəbər agentlikləri tərəfindən işıqlandırılan qanlı Xocalı faciəsi təəssüf ki, bu günlərdə çox az diqqət və maraq cəlb edir. Şuster Xocalıda baş verənləri heç vaxt unutmamağa və erməni silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən azərbaycanlıların xatirəsini anmağa çağırmışdır.

Şəfəq Akifqızı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert