ABŞ MÜTƏXƏSSİSLƏRİ AZƏRBAYCANIN ENERJİ SİSTEMİ İLƏ TANIŞ OLMUŞLAR
ABŞ-ın elektrik enerjisi sahəsində xidmətlər göstərməkdə ixtisaslaşmış Burns ənd Roe Enterprises İnc. Konsaltinq şirkətinin nümayəndə heyəti yanvarın 19-dan 26-dək Azərbaycanda olmuşdur. “Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cənab Denis Şikarın başçılıq etdiyi nümayəndə heyətinə Azərbaycanın enerji sahəsində vəziyyətin araşdırılması layihəsini həyata keçirən qrupun mütəxəssisləri daxil idi.
Amerikalı mütəxəssislər Azərbaycanın bütün iri enerji obyektlərinin, ilk növbədə, istilik elektrik stansiyalarının real istehsal vəziyyəti ilə ətraflı tanış olmuşlar. Əldə edilmiş məlumatlar əsasında müəssisələrin gücünün artırılması, istehlakçıların enerji təchizatının yaxşılaşdırılması, Azərbaycanın enerji sistemininin səmərəliliyinin yüksəldilməsi üçün xüsusilə zəruri olan təxirəsalınmaz tədbirlər müəyyənləşdiriləcəkdir.
Xatırladaq ki, ABŞ şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankının /AYİB\ Azərbaycanın enerji sisteminin vəziyyətinin araşdırılması üzrə konsaltinq xidmətləri göstərilməsi üzrə keçirdiyi tenderin qalibi olmuşdur.
Artıq təxirəsalınmaz vəzifələr müəyyənləşdirilmişdir və bunların yerinə yetirilməsi Azərbaycan DRES-inin səkkiz blokunun hamısını layihə gücünə çatdırmaq üçün zəruridir.
Amerika tərəfinin fikrincə, layihənin mütəxəssisləri əsas işlərin bütün həcmini müəyyənləşdirməli, AYİB-ə təqdim etmək üçün yekun hesabat hazırlamalıdırlar.
“Azərenerji”nin mütəxəssisləri Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsinə yönəldilmiş və AYİB-in heç də birinci olmayan bu layihəsinin həyata keçirilməsinin zəruriliyini xüsusi vurğulayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2025 [14:23]
Finlandiya aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib
- 18.04.2025 [10:18]
Dünya birjalarında neft bahalaşıb
- 18.04.2025 [10:14]
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
- 17.04.2025 [19:13]
Azərbaycan-Sloveniya biznes-forumu keçirilib
- 17.04.2025 [18:54]