ABŞ şahmatçısı Uesli So FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin qalibi olub
Bakı, 4 aprel, AZƏRTAC
Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin qalibi Uesli So olub.
AZƏRTAC xəbər verir ki, ABŞ təmsilçisi həmyerlisi Hikaru Nakamuranı tay-breykdə məğlub edib. Ümumi hesabda 2,5:1,5 hesabı ilə rəqibinə qalib gələn U.So yarışda birinci yeri tutub.
Qeyd edək ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalda H.Nakamuraya məğlub olaraq mübarizəni dayandırıb.
Xatırladaq ki, qrup oyunlarının yekununa əsasən, iyunda İspaniyanın paytaxtı Madriddə keçiriləcək iddiaçılar turnirinə vəsiqə qazanan iki şahmatçının adı məlum olub. Belə ki, hazırkı turnir cədvəlinə ümumi hesabda liderlik edən macarıstanlı Riçard Rapport və ABŞ təmsilçisi H.Nakamura Qran-Prinin son mərhələsinin nəticələrindən asılı olmayaraq artıq iddiaçılar turnirinə vəsiqələrini təmin ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]