ABŞ TÜRKİYƏNİN QAFQAZDA GƏRGİNLİYİ ARADAN QALDIRMAQ SƏYLƏRİNİ ALQIŞLAYIR
AZƏRTAC xəbər verir ki, ABŞ Türkiyənin Qafqazda gərginliyi aradan qaldırmaq səylərini alqışlayır. Bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns Senatdakı dinləmələrdə bildirmişdir. Amerika diplomatının sözlərinə görə, Türkiyə Qafqazda gərginliyin aradan qaldırılması imkanlarının öyrənilməsində əsl liderlik nümayiş etdirir.
U.Berns ötən həftə Türkiyə və Ermənistan prezidentlərinin Yerevanda baş tutmuş görüşünü xatırladaraq vurğulamışdır ki, “iki ölkə arasında münasibətlərin normallaşmasında tərəqqinin əldə edilməsi bütün Cənubi Qafqaz regionundan keçən ticarət və nəqliyyat marşrutları, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni imkanlar aça bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]