ABŞ XƏZİNƏDARLIĞI DÖVRİYYƏYƏ YENİ 50 DOLLARLIQ ƏSKİNAS BURAXACAQ
ABŞ Federal Rezerv Sisteminin məlumatına görə, Amerika valyutasının üçdə iki hissəsi və yaxud 700 milyard dolları Birləşmiş Ştatlardan xaricdə dövriyyədəir.
Bu il dövriyyəyə buraxılacaq 50 dollarlıq banknotun üz və arxa tərəfdən fonuna Amerika bayrağının simvolu olan açıq mavi və qırmızı rənglər, dalğalanan bayrağın ənənəvi ulduzları və zolaqları, prezident Yulises Qrantın portretinin aşağı sağ hissəsində gümüşü maviyə çalan kiçik ulduz əlavə ediləcəkdir. Əskinasın digər müdafiə elementləri əvvəlki kimi qalacaq: işığa tutduqda su nişanələrini, şaquli xətlə keçən və banknotun nominal dəyərini göstərən plastik lenti, əydikdə 50 rəqəminin rəngini misdən yaşıla dəyişdiyini görmək olar. Saxta əskinas buraxanlar həmin müdafiə elementlərini təkrarlamağa cəhd göstərmir, çünki bu, çətin prosesdir. Sadəcə, ümid edirlər ki, valyutanı qəbul edənlər banknota diqqətlə nəzər salmayacaqlar.
Yeni 50 dollarlıq əskinaslar dövriyyəyə buraxıldıqdan sonra köhnə dizaynlı 50-liklər hər yerdə qəbul olunmaqda davam edəcəkdir. Ənənəsinə sadiq qalaraq, ABŞ 1861-ci ildən bəri buraxdığı bütün pullarının nominal dəyərini saxlayır.