ABŞ YENİ NEFT KƏMƏRLƏRİNİ DƏSTƏKLƏYİR
Mətyu Brayzə, Qazaxıstanda artan neft hasilatını Avropanın enerji bazarları üçün mühüm amil kimi səciyyələndirmiş, Birləşmiş Ştatların digər ölkələrlə birlikdə Avropa və Avrasiya regionunda enerji sahəsində tərəfdaşlığın gücləndirilməsi və enerji marşrutlarının diverfikasiyası istiqamətində yeni sərmayə planları üzərində gərgin iş apardığını söyləmişdir. Onun sözlərinə görə, Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulması “Azərbaycanla gözlənilən təbii ittifaqdır” və bu bir daha BTC əsas ixrac boru kəmərinin kommersiya baxımından uğurlu olduğunu ortaya qoyur.
M.Brayzə Türkiyə marşrutu ilə nəql olunan enerji daşıyıcılarının Şərqi Avropaya şatdırılmasında meydana çıxacaq problemlərin aradan qaldırılması üçün ABŞ-nın Xəzər Regional Konsorsiumunun (CPC) fəaliyyətinin gücləndirilməsinə tərəfdar olduğunu da diqqətə çatdırmışdır. O, habelə Rumıniyanın Konstanta limanından Serbiya və Xorvatiya vasitəsilə İtaliyanın Triyest limanına qədər uzanacaq 1319 kilometrlik Pan Avropa kəmərinin də Rusiya və Xəzər neftinin nəqlində sərfəli olacağını demişdir.