Abşeron rayonunda avtomobildən 4050 manat məbləğində pul oğurlanıb
Bakı, 29 iyun, AZƏRTAC
Abşeron və paytaxtın Binəqədi rayonlarında avtomobillərdən oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 26-da Abşeron rayonu ərazisində “Hyundai” markalı avtomobildən 4050 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən şəxslər - Bakı şəhər sakinləri S.Nuruşov, əvvəllər məhkum olunmuş R.Quliyev və A.Dərvişov rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Cari il aprelin 11-də Binəqədi rayonu ərazisində “VAZ-2107” markalı avtomobildən 330 manat məbləğində pul və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Babayev Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]