Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADA Universitetində 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoquna başlanılıb YENİLƏNİB VİDEO

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy – IDD) təşkilatçılığı ilə Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimi baş tutub.

AZƏRTAC xəbər verir ki, Britaniya-Azərbaycan Ticarət Palatası və bp şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən tədbirdə 50-dən çox ekspert iştirak edib. İştirakçılar arasında parlament üzvləri, yüksəkvəzifəli hökumət rəsmiləri, universitetlərin və beyin mərkəzlərinin tədqiqatçıları və media nümayəndələri də yer alıblar.

İki gün davam edəcək tədbir dəyişən qlobal nizamda Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli münasibətləri və strateji tərəfdaşlıq, Cənubi Qafqazda regional təhlükəsizlik, əməkdaşlıq, xarici siyasət prioritetləri, enerji əməkdaşlığı, təhsil, elm və innovasiya yolu ilə ictimai diplomatiya məsələlərinə həsr olunub. Dialoq regional və qlobal çağırışlar üzrə qarşılıqlı anlaşma və praktiki əməkdaşlığa təkan verəcək.

Açılış mərasimində çıxış edən ADA Universitetinin prorektoru və Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, tədbirin məqsədi dəyişən dünyada ikitərəfli münasibətləri müzakirə etməkdir. Onun sözlərinə görə, dünyanın dəyişdiyi artıq hər kəs üçün məlumdur: “Hazırda auditoriyamızda müxtəlif sahələri təmsil edən iştirakçılar və mütəxəssislər var. Bu səbəbdən ümid edirəm ki, iki gün davam edəcək dialoqda ikitərəfli tərəfdaşlıqlar da inkişaf edəcək”.

Prorektor, həmçinin Azərbaycan-Birləşmiş Krallıq tərəfdaşlığını yüksək qiymətləndirib və gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld vurğulayıb ki, Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqu qarşımızda olan faktları birbaşa yoxlamaq və çatışmazlıqları aşkar etmək üçün unikal platformadır. O qeyd edib ki, Azərbaycan və Birləşmiş Krallıq arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. “Azərbaycanda keçirdiyim müddət ərzində bölgədə bir çox dəyişikliklər baş verib. Biz hamımız buna şahidik. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, bu ilin əvvəlində Minsk qrupunun ləğv edilməsi kimi tarixi hadisələrin şahidi olduq. Qarabağın həyata qayıtdığını, şəhərlərdə sürətli bərpa işlərinin getdiyini, bütün bunlarla yanaşı, Azərbaycanın COP29 kimi genişmiqyaslı beynəlxalq tədbirə ev sahibliyi etdiyini gördüm. Bütün bunlar olduqca unudulmaz, tarixi hadisələr idi”.

Səfir sonda bütün sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıqların vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunda bütün bunları danışmaq gələcək hədəflər baxımından olduqca önəmlidir.

bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun ikitərəfli münasibətlərin inkişafı baxımından zəruri addım olduğunu deyib: “Bu tədbir Azərbaycan və Böyük Britaniya arasında qarşılıqlı əməkdaşlığı möhkəmləndirən və dərinləşdirən platformadır”.

O qeyd edib ki, bp-nin Bakıda ilk ofisi Azərbaycanın müstəqilliyinin elan olunmasından bir neçə ay sonra açılıb. Bu isə münasibətlərin tarixinin açıq sübutudur. “Biz əməkdaşlığımızı ticarət və mühəndislik olmaqla bir çox sahədə davam etdirməyi səbirsizliklə gözləyirik. Bu əlaqələr yalnız davam edən layihələr üzrə deyil, eyni zamanda, bərpaolunan enerji, yaşıl enerji daxil olmaqla yeni layihələr çərçivəsində də dərinləşəcək. Həmçinin Azərbaycan gənclərinin Britaniya universitetlərinə artan marağını görmək də bizim üçün xoşdur”, - deyə B.Aslanbəyli əlavə edib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Birləşmiş Krallıqla iqtisadi əlaqələrimizin müstəqilliyimizin ilk günlərindən etibarən hər zaman yüksək səviyyədə olduğuna diqqət çəkib: “Düşünürəm ki, bu əməkdaşlıqlar mədəniyyət, təhsil və siyasət də daxil olmaqla ictimai həyatın bütün sahələrini əhatə edəcək. Azərbaycana və bütövlükdə regiona münasibət köklü şəkildə dəyişməyə başlayıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak edirlər. Dövlətimizin başçısının sessiya çərçivəsində prezidentlər, Baş nazirlər, dünyanın aparıcı maliyyə şirkətləri ilə keçirdiyi görüşlərin sayı, həqiqətən də təsiredicidir. Bu, Azərbaycana münasibətin dəyişməsinin, bizə marağın artmasının və regionda yeni reallığın birbaşa sübutudur. Biz indi regionun yeni gələcəyini qururuq”.

Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Aamer Sarfraz isə deyib: “Azərbaycan mənim uşaqlıq illərimdə böyük rol oynayıb. Çünki 1990-cı illərin əvvəllərində atam Azərbaycanda investor idi və buraya tez-tez gəlirdik. Bakının bir çox tarixi məkanları ilə bağlı xoş xatirələrim var. Ona görə də indi Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunda çıxış etmək mənim üçün böyük fəxrdir”.

İki ölkə arasında strateji münasibətlərin olduqca uğurla davam etdiyini deyən Lord Aamer Sarfraz vurğulayıb: “Düşünürəm ki, bu əməkdaşlıqlar yalnız dövlət idarələri arasında deyil, həm də Azərbaycanda və Böyük Britaniyadakı özəl sahibkarlar, investorlar arasında da inkişaf etməlidir. Həmçinin süni intellekt sahəsində uğurlu əməkdaşlıq addımları atıla bilər. Özəl şirkətlərin, sahibkarların qarşılıqlı münasibətlərini genişləndirmək bir çox sahədə əlaqələri inkişaf etdirmək üçün fürsət yaradacaq”.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib ki, ekoloji problemlərin həlli bütün dünya üçün eyni dərəcədə vacibdir və Azərbaycan bu sahəyə xüsusi diqqət edir. Biz azad edilmiş əraziləri yaşıl enerji zonası elan etdik, hazırda Qarabağda və Şərqi Zəngəzurda Günəş, su elektrik stansiyalarının tikintisi üzrə layihələr icra edilir. Deputat qeyd edib ki, Azərbaycanın ekoloji siyasət sahəsində əldə etdiyi nailiyyətlər bütün dünya üçün nümunədir: “Birləşmiş Krallıqla birgə bu sahədə əməkdaşlığı genişləndirmək gələcək çağırışlar üçün vacibdir. İki ölkənin strateji tərəfdaşlığı qarşılıqlı etimad çərçivəsində davam edir. 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqu isə enerji, ekologiya, təhsil və mədəniyyət olmaqla bir çox sahədə yeni əlaqələr yarada bilər. Əminəm ki, bu tədbir əməkdaşlığımızı daha da dərinləşdirəcək, ölkələrimiz, regionumuz və bütün dünya üçün daha təhlükəsiz, ekoloji cəhətdən təmiz və dayanıqlı gələcəyə doğru dəyərli addım olacaq”.

Böyük Britaniya parlamentinin sabiq deputatı David Duguid isə COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsinin dövlətin bu sahəyə verdiyi dəyərin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Enerji təhlükəsizliyinin vacibliyinə diqqət çəkən parlamentari bunu Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlərdə əsas amil hesab edib. O bildirib ki, Azərbaycan son illərdə enerji siyasətində bərpaolunan mənbələrə xüsusi önəm verir. Günəş və külək enerjisi layihələrinin inkişafı, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi bu istiqamətdə mühüm addımlardır. “Məqsəd ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə və ekoloji davamlılığa nail olmaqdır. Azərbaycan, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində yaşıl enerjinin inkişafını dəstəkləyir və qlobal iqlim gündəliyinə töhfə verməyə çalışır”, - deyə David Duguid əlavə edib.

Tədbirin ilk günü digər çıxış edənlər Azərbaycan və Birləşmiş Krallıq arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə “Dəyişən qlobal nizam şəraitində Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətləri və strateji tərəfdaşlığı”, “Cənubi Qafqazda regional təhlükəsizlik, əməkdaşlıq və xarici siyasət prioritetləri”, “Enerji əməkdaşlığı və iqtisadiyyatın şaxələndirilməsi: Böyük Britaniya-Azərbaycan investisiya tərəfdaşlığı”, “Təhsil, elm və innovasiya vasitəsilə ictimai diplomatiya: Qlobal əməkdaşlıq üçün körpülərin qurulması” və digər mövzular müzakirə olunacaq.

ADA Universitetində 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoquna başlanılıb YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Türkmənistanda “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO