ADA Universitetinin üç yeni ixtisasının təqdimatı keçiriləcək
Bakı, 13 mart, AZƏRTAC
ADA Universiteti riyaziyyat, maliyyə, kommunikasiya və rəqəmsal media sahəsində üç yeni bakalavr ixtisası təqdim edir.
Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, məqsəd abituriyentlərin bakalavr proqramları üzrə ixtisas seçimini artırmaqdır.
Abituriyent və valideynlərə yeni ixtisaslarla bağlı ətraflı məlumat vermək üçün onlayn təqdimat günləri keçiriləcək:
•Riyaziyyat üzrə 15 mart (19:00)
•Maliyyə üzrə 17 mart (19:00)
•Kommunikasiya və rəqəmsal media üzrə 18 mart (19:00)
Riyaziyyat ixtisası üzrə ilk təqdimatda İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Araz Yusubov və Riyaziyyat və biznes proqramlarının direktoru (Vaterlo Universiteti) Professor İlham Axundov çıxış edəcəklər.
ADA Universiteti abituriyent və valideynləri qeydiyyatdan keçməyə, təqdimatda iştirak etməyə dəvət edir.
Qeydiyyat: [email protected]
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]