ADALARA SƏYAHƏT
“Piliqrim” Qeyri-Hökumət Ekologiya Təşkilatı “Xəzər Atlantidası” təşəbbüs qrupu ilə birgə Bakı və Abşeron arxipelaqları adalarına turist marşrutlarının layihələrini hazılrlayır. Qurumun başçısı Yuri Valuyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, böyük maraq doğuran palçıq vulkanları kimi təbiət abidələri ilə zəngin adalar, şübhəsiz, çoxlu turist cəlb edəcəkdir. Hazırda təşkilatın üzvləri ölkənin dağlıq bölgələrində yerləşən turizm obyektləri üçün xidmətçi heyətin hazırlanması layihəsi üzərində işləyirlər.