ADNSU-da “Fizika” dərsliyinin təqdimatı olub
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azİİ Elektron Kitab Evi”ndə təhsil müəssisəsinin fizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Musavər Musayevin “Fizika” dərsliyinin təqdimat mərasimi keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bakalavrlar üçün nəzərdə tutulan “Fizika” dərsliyinin müasir tələblər səviyyəsində yazıldığı və fizika fənninin proqramına uyğun təkmilləşdirilmiş formada nəşr olunduğu barədə məlumat verilib. Qeyd edilib ki, kitabda klassik mexanika, nisbilik nəzəriyyəsi, molekulyar fizika və termodinamika, elektrodinamika, dalğa optikası, atom və nüvə fizikasının əsasları yığcam şəkildə şərh edilib.
Çıxış edən alimlər dərsliklə bağlı fikirlərini bölüşüblər.