ADU-da “Payızın ortası” Çin bayramı qeyd olunub
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Payızın ortası” - Çin Yeni ilindən sonra ikinci ən mühüm bayram olan “Çjonçücye”yə həsr olunmuş onlayn tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çjonçücye”nin tarixindən danışıb, bu bayramın ailə üzvləri, yaxın qohumlar və dostlarla birlikdə qeyd olunduğunu vurğulayıb. O, bayram günündə ailə üzvlərinin bir araya gələrək parlaq tam Aya heyran olduqlarını, ailə üzvlərinə və dostlarına ən xoş arzularını bildirdiklərini qeyd edib. Qeyd edib ki, bayram günlərində Çində Ay şənlikləri keçirilir. Quşlar, balıqlar, meyvələr şəklində bayram fənərləri asılır, Ay dovşanlarının heykəlcikləri uşaqlara təqdim olunur.
ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünas tələbələri qədim Çin şairlərinin bayramın simvollarından birinə çevrilən - Aya həsr olunmuş şeirlərini səsləndiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]