AFFA-nın İntizam Komitəsi üç klubu cəzalandırıb
Bakı, 23, fevral, AZƏRTAC
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXII turunun oyunlarında baş verənlər müzakirə olunub.
“İnter”-“Kəpəz” matçında dörd futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri min manat cərimə ödəyəcək. “Qarabağ”-“Neftçi” qarşılaşmasında qonaqların dörd futbolçusu sarı vərəqə aldığı üçün paytaxt klubu da min manat ziyana düşüb.
“Rəvan” isə “Zirə” ilə matçda Elnur Abdulova görə cəzalanıb. Oyunun videoyazısına baxıldıqdan sonra aşkar olub ki, “Rəvan”ın futbolçusu E.Abdulov 75-ci dəqiqədə meydançaya daxil olarkən formasında adı qeyd olunmayıb. Klub E.Abdulovun adsız formasına görə min manat cərimə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]