AFFA-NIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda AFFA-nın növbəti konfransının çağırılması, Hakimlər və Hakim-İnspektorlar komitələrinin heyətlərinin təsdiq edilməsi məsələləri müzakirə olunmuşdur.
Aparılan müzakirələrdən sonra bu il aprelin 22-də qurumun növbəti konfransının keçirilməsi qərara alınmışdır. Həmçinin, Səyavuş İbrahimov Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunmuş, Rüstəm Rəhimov, Asim Xudiyev, Əli Hüseynov və Nizami Şərifov isə qurumun üzvləri seçilmişlər. Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsinə Rüfət Rəhimov, üzvlər sırasına isə Akif Fəttahov, Kərim Ağayev, Rauf Hüseynli və Murad Məmmədov təyin olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]