AFFA-nın prezidenti Ukrayna Futbol Federasiyasının rəhbəri ilə görüşüb
Bakı, 26 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
AFFA-nın prezidenti Rövnəq Abdullayev Ukrayna Futbol Federasiyasının (UFF) rəhbəri Andriy Pavelko ilə görüşüb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” - “Vorskla” oyununu izləmək üçün Ukrayna Futbol Federasiyasının prezidenti Andriy Pavelko Bakıda səfərdə olub. Bakı Olimpiya Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevlə A.Pavelko arasında keçirilən görüşdə AFFA ilə UFF arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib. Söhbət zamanı iki ölkənin futbol qurumlarının müxtəlif istiqamətlər üzrə tərəfdaşlığının perspektivləri müzakirə olunub. Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun təbliğat kampaniyası çərçivəsində Azərbaycan və Ukraynanın futbol veteranları arasında yoldaşlıq oyununun təşkil olunması barədə fikir mübadiləsi aparılıb, ilkin razılığa gəlinib.
Andriy Pavelko Ukrayna Futbol Federasiyanın nümayəndə heyəti adından görüşün təşkilinə və səmərəli müzakirələrə görə minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]