AFFA rəhbərliyi UEFA Konqresində və FIFA prezidentliyinə seçkilərdə təmsil olunacaq
Bakı, 25 fevral, AZƏRTAC
AFFA-nın prezidenti Rövnəq Abdullayev İsveçrənin Sürix şəhərində UEFA-nın növbədənkənar Konqresində və FIFA prezidenti seçkisində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, R.Abdullayev ilə birgə baş katib Elxan Məmmədov da bu gün keçiriləcək Konqresə qatılacaq.
İclasın gündəliyinə üç məsələ - ötən və qarşıdakı hesabat ilinin müzakirəsi, təşkilatın büdcəsi və Nizamnaməsində dəyişikliklərin edilməsi daxil edilib. Toplantıda UEFA prezidenti Mişel Platininin hazırkı vəziyyəti ilə bağlı müzakirələr də aparılacaq.
FIFA prezidentliyinə seçkilər isə fevralın 26-da keçiriləcək. Həmin tədbirdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun da iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]