AFFADA “BAKI VƏ UEMBLİNİN QAPILARI” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Bakı, 12 avqust (AZƏRTAC). Avqustun 12-də AFFA-nın mənzil-qərargahında Maykl Cozef Nasyadekin və Henrix Poukmanın “Baku und das Wambley-Tor” (“Bakı və Uemblinin qapıları”) kitabının təqdimatı olmuşdur. Kitabda Almaniya və Azərbaycan futbolu tarixinin ayrı-ayrı anlarından, məşhur Azərbaycan hakimi Tofiq Bəhramovun 1996-cı il dünya çempionatında hesaba aldığı qoldan bəhs edilir. Kitabda, həmçinin Almaniyanın 1966-cı il yığma komandasının qapıçısı Hans Tilkovskinin Bakıya səfəri barədə xatirələri verilmişdir.
Təqdimat mərasimində Almaniya FutBol İttifaqının prezidenti Teo Svantsiger, Almaniya-66 yığmasının qapıçısı Hans Tilkovski, alman futbolunun veteranları, AFFA-nın rəsmi şəxsləri və Tofiq Bəhramovun oğlu Bəhram Bəhramov iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]