AFİNA HAVA LİMANINDA QARŞILANMA
Afina, 16 fevral (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstana dövlət səfərinə gəlmişdir.
Azərbaycanın və Yunanıstanın dövlət bayraqları ilə bəzədilmiş Afina beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Yunanıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmətlə qarşıladılar.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Azərbaycan Prezidenti hava limanından “Grande Bretagne” mehmanxanasında onun üçün ayrılmış iqamətgaha yola düşdü.
######
