AFR hakimiyyəti ölkənin qərbində hərbi fəlakət rejimi elan edib
Bakı, 16 iyul, AZƏRTAC
Almaniyanın qərbində güclü daşqınlar səbəbindən hərbi fəlakət rejimi elan edilib.
AZƏRTAC xəbər verir ki, bunu Berlində keçirilən brifinqdə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib. Müvafiq qərar nazirliyin rəhbəri Annegret Kramp-Karrenbauer tərəfindən qəbul olunub.
Bundan başqa, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına bundesverin 850 əsgəri cəlb edilib.
Yerli KİV-in məlumatına görə, daşqın nəticəsində 100-dən çox insan həlak olub, təxminən 1,3 min insan itkin düşüb.
Həftənin əvvəlindən başlayaraq Almaniyanın cənub-qərb hissəsini güclü leysan yağışları cənginə alıb, çaylar məcrasından çıxıb. AFR Kansleri Angela Merkelin sözlərinə görə, faciənin tam miqyası barədə hələ sonra danışmaq mümkün olacaq. Merkel daşqınlardan zərər çəkmiş rayonlara maliyyə yardımı ediləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]