“Afrika danışıqlar qrupu ixracat dəstəyi” şirkətinin təmsilçisi: COP29-da təşkilatçılıq yüksək səviyyədədir
Bakı, 22 noyabr, AZƏRTAC
“Afrika danışıqlar qrupu ixracat dəstəyi” şirkəti olaraq COP29 çərçivəsində bir neçə kənar görüşlərdə iştirak etdik.
Bunu AZƏRTAC-a müsahibəsində “Afrika danışıqlar qrupu ixracat dəstəyi” şirkətinin təmsilçisi Lanqat Çeruyot Festus deyib.
COP29-da təşkilati baxımdan hər şeyin çox yüksək səviyyədə təşkil olunduğunu söyləyən Lanqat Çeruyot danışıqlar mərhələsində bir qədər çətinliklər olduğunu bildirib.
O, Azərbaycan haqqında da təəssüratlarını bölüşüb: “Bir çox yerlərə səyahət etsəm də Azərbaycanın ən gözəl ölkələrdən biri olduğunu hesab edirəm. Burada insanlar olduqca mehribandır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [11:05]
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb YENİLƏNİB VİDEO
- 24.06.2026 [04:44]