Ağ Ev: Bayden bu həftə 850 milyard dollarlıq müdafiə büdcəsini imzalayacaq
Bakı, 20 dekabr, AZƏRTAC
Prezident Cozef Bayden ABŞ-ın müdafiə büdcəsini imzalayacaq və bu, təxminən 850 milyard dollar təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.
"Sənəd bu həftənin sonunda imzalanacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ Konqresinin Senatı Pentaqonun 2023-cü il üçün hərbi büdcəsini 847,3 milyard dollar məbləğində təsdiqləyib. 100 senatordan 79-u silahlı qüvvələrə rekord məbləğin ayrılmasının lehinə səs verib. Hərbi büdcə layihəsi 2022-ci ildəki 778 milyard dollardan təqribən 850 milyard dollara yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]