Ağ evin mətbuat katibi: Tramp Rusiya-Ukrayna müharibəsini bu həftə bitirə bilər
Bakı, 24 fevral, AZƏRTAC
“ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün bu həftə razılıq əldə edə bilər”.
AZƏRTAC “The Hill” nəşrinə istinadla xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt bildirib. Onun sözlərinə görə, Tramp və komandasının müharibəni bitirmək üçün Rusiya və Ukrayna ilə danışıqları davam etdirməyə fokuslandığını və bu həftə müharibənin sona çatması ilə bağlı razılığın əldə oluna biləcəyini bildirib.
Livittin sözlərinə görə, Prezident Donald Tramp müharibəni bitirməkdə inamlıdır və mümkün razılaşma ABŞ-ın xərclərini azalda bilər.
Bildirib ki, razılaşma Ukraynanın yenidən qurulması üçün vacibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]