“Ağaclar ağ ciyərlərimizdir” aksiyasında 150-dən çox həmişəyaşıl ağac əkilib
Sumqayıt, 8 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi “Ağaclar ağ ciyərlərimizdir” adlı ağacəkmə aksiyası təşkil edib.
AZƏRTAC xəbər verir ki, Mərkəzin tabeliyində olan müəssisələrin həyətyanı sahələrində keçirilən aksiyada 150-dən çox həmişəyaşıl ağac əkilib.
Aksiyada Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan müəssisələrin əməkdaşları iştirak ediblər. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, suvarılıb və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.