Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi başa çatıb
Bakı, 23 fevral, AZƏRTAC
Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi artıq başa çatıb.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 23-də Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında Baş nazirin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev bildirib.
Ş.Mustafayev deyib ki, sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra həmin körpünün istismara verilməsi nəzərdə tutulur. Baş nazirin müavini əlavə edib ki, həmin layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda, Körfəz ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:34]
Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək
- 29.09.2026 [13:12]
AZAL-ın ixrac gəlirləri açıqlanıb
- 29.09.2026 [13:00]
“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb
- 29.09.2026 [12:58]
“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb
- 29.09.2026 [12:55]