Azərbaycan Dövlət İnformasiya Agentliyi

AĞCABƏDİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ŞAHİN MƏMMƏDOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

-Hörmətli konfrans iştirakçıları!

Qürur hissi ilə bu yüksək kürsüdən Sizə hesabat verirəm ki, ölkənin ahəngdar inkişafını təmin etmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında Ağcabədi rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlər böyük müvəffəqiyyətlə yerinə yetirilmişdir. Ağcabədi rayonu indi yeni inkişaf dövrünə qədəm qoymuş, öz simasını dəyişərək abad bir diyara çevrilmişdir.

Cənab Prezident, bütün qarabağlılar, o cümlədən ağcabədililər daim Sizin qayğınızı hiss edir, cəbhə bölgəsində yerləşməsinə baxmayaraq yaşayır, qurur, yaradırlar. Həyata keçirilən sosial-iqtisadi islahatlar ağcabədililərin həyatında, onların maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynamışdır. Məhz bunun nəticəsində son 5 ildə ümumi məhsul buraxılışı 2,8 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, orta aylıq əmək haqqı 5 dəfədən çox artmışdır. Bu dövrdə 3 mindən artıq sahibkarlıq subyekti fəaliyyətə başlamış, 11 mindən çox yeni iş yeri açılmışdır ki, onların da yarısından çoxu daimi iş yerləridir.

Respublikamızda sahibkarlığa yaradılmış münbit şəraitin nəticəsi olaraq rayonumuzda sutkalıq gücü 40 ton olan pambıq emalı, beton məmulatı zavodları, “Hindarx” nar şirəsi istehsalı sexi tikilib istifadəyə verilmişdir. Hər birində 150 nəfərin işləyəcəyi 2 süd emalı zavodunda, 200 nəfərin yeni iş yeri ilə təmin ediləcəyi “Cahidoğlu” Məhdud Məsuliyyətli Müəssisəsində isə tikinti-quraşdırma işləri davam etdirilir.

Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı məqsədi ilə ən ağrılı problemin - suvarma suyu probleminin həlli istiqamətində əsaslı tədbirlər həyata keçirilmişdir. 1300 kilometr suvarma, 431 kilometr drenaj kanalı lildən təmizlənmiş, 700 hektar sahənin suvarılmasını təmin edən 7,6 kilometrlik Hindarx kanalı bərpa edilərək istifadəyə verilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarının əkin suyuna olan tələbatının ödənilməsi üçün 152 ədəd subartezian quyusu qazılıb işə salınmışdır. 8 min hektar sahənin suvarılmasını təmin edəcək 19 kilometrlik Xanqızı kanalının bərpası isə cari ilin aprel ayında yekunlaşacaqdır. Əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə Yuxarı Qarabağ kanalından rayon mərkəzinə 7,2 kilometr məsafədən içməli su xətti çəkilmiş, 3 sutəmizləyici qurğu quraşdırılmış, 34 ədəd içməli su artezian quyusu istifadəyə verilmişdir.

Cənab Prezident, Sizin Ağcabədiyə səfərinizdən dərhal sonra ayırdığınız vəsait hesabına 70 ildən yuxarı məskunlaşma tarixi, 11 min nəfərdən çox əhalisi olan Kəbirli, Mehrablı, Qaradolaq, Yeni Qaradolaq və Aran kəndlərinin içməli suya olan tələbatı ilə əlaqədar problem artıq öz həllini tapmışdır. Sizin tapşırığınızla hazırda Ağcabədi şəhərinin içməli su təchizatı şəbəkəsinin yenidən qurulması və kanalizasiya çəkilişi layihəsi üzərində qızğın iş gedir.

Son 5 ildə rayonda abadlıq və quruculuq işləri geniş vüsət almış, tikinti-quraşdırma işlərinin həcmi 19,2 dəfə artmışdır. Heydər Əliyev adına park, şəhərin küçə və yolları yenidən qurulmuş, çoxmənzilli yaşayış binalarının dam örtükləri və fasadları əsaslı təmir edilmiş, 5 yeni inzibati bina tikilib istifadəyə verilmişdir. Vaxtilə yararsız binalarda yerləşən rabitə müəssisələrindən 21-i üçün yeni binalar tikilmiş, rayonumuzda ən ucqar kəndlərdə belə əhaliyə nümunəvi rabitə xidməti göstərilməsi təmin edilmişdir. Tapşırığınızla 350 yerlik rayon mədəniyyət evi ən müasir tələblər səviyyəsində əsaslı təmir edilmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuş Üzeyir Hacıbəyli adına mədəniyyət və istirahət parkında Qarabağ Muğam Mərkəzinin, gənclər evinin, ahıllar istirahət klubunun inşa edilməsi nəinki ağcabədililərin, bütün Qarabağ camaatının böyük sevincinə səbəb olmuşdur.

Cənab Prezident, artıq Ağcabədi və 6 qonşu rayondan olan 70 gənc və yeniyetmə bu mərkəzdə muğamın sirlərinə yiyələnirlər.

Son 5 ildə rayonda sosial sahədə də nəzərəçarpacaq dərəcədə işlər görülmüşdür. Sizin diqqət və qayğınız nəticəsində Ağcabədidə ümumi şagird yeri 7 minə çatan 25 orta ümumtəhsil məktəb binası tikilmiş, 10 məktəb binası əsaslı təmir edilmişdir. 10 yeni səhiyyə obyekti istifadəyə verilmiş, Ağcabədi rayon uşaq xəstəxanası, rayon poliklinikası, doğum evi, 5 həkim ambulatoriyası, 8 feldşer-mama məntəqəsi əsaslı təmir edilmişdir. Bu işlərin də əksəriyyəti Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilmişdir.

İcazə verin, respublikamızda təhsilin, səhiyyənin, mədəniyyətin, o cümlədən muğam sənətinin, milli mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsində misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya bütün ağcabədililərin dərin minnətdarlığını çatdırım.

Möhtərəm cənab Prezident!

Siz keçən ilin soyuq yanvar günlərində Qarabağın dilbər guşələrindən olan Ağcabədiyə səfər etdiniz. Ağcabədililər həmin günü böyük qürur hissi və minnətdarlıqla xatırlayırlar. Həmin gün Sizin iştirakınızla ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsinin və Heydər Əliyev muzeyinin açılışı oldu. Sizin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 24 mənzilli binanın açılışında iştirak etməyiniz, həmin binada yeni mənzillə təmin olunmuş şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə orderlərin və fərdi hədiyyələrin təqdim edilməsi nəinki onların, bütün ağcabədililərin qəlbində silinməz iz buraxmışdır. Bu əlamətdar hadisədən 9 ay sonra daha 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili yeni mənzillərlə təmin olunmuşdur.

Rayonumuza səfəriniz zamanı uzun illər təbii qaz yanacağından məhrum olan Ağcabədiyə qaz nəqlinin ilk məşəlini alovlandırmaqla Siz bizim həm ocağımıza, həm də qəlbimizə hərarət bəxş etdiniz. Məhz Sizin qayğınız nəticəsində 2008-ci ildə 5500 evə qaz verilişi bərpa edilmişdir. Bu ildən isə Sizin tapşırığınızla kəndlərimizə qaz nəqlinin bərpasına başlanacaqdır.

Möhtərəm cənab Prezident, bu gün Sizə hesabat verirəm ki, vətəndaşların istək və arzularının yerinə yetirilməsi onların müraciətlərinin məzmununu da dəyişmişdir. İnsanlar artıq əmək şəraitinin yaxşılaşdırılması, əmək haqqının artırılması, bir sözlə, həyat keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar suallarla daha çox müraciət edirlər. İnsanlarımızın Sizə, Sizin simanızda xoşbəxt gələcəklərinə inamının nəticəsi olaraq son 5 ildə rayon üzrə 98 min kvadratmetr fərdi mənzil sahəsi tikilib istifadəyə verilmişdir ki, indi ağcabədili ailəsinin hər bir üzvünə 15,5 kvadratmetr mənzil sahəsi düşür. Rayon mərkəzində 7 mərtəbəli 120 mənzilli binanın tikintisi isə Ağcabədinin tikinti sektoru üçün cəlbedici bölgəyə çevrildiyindən xəbər verir. Əhalinin maddi rifahının yüksəlməsi nəticəsində fərdi minik avtomobillərinin sayı son 5 ildə 2 min ədəd artaraq 8 mini keçmişdir.

Möhtərəm cənab Prezident!

Siz daim çalışırsınız ki, cəbhə bölgəsində yaşayan soydaşlarımız yurd-yuvalarında özlərini iqtisadi cəhətdən təminatlı, sosial cəhətdən müdafiə olunmuş hiss etsinlər. Biz əminik ki, işğalda olan torpaqlarımız Sizin rəhbərliyiniz altında geri qaytarılacaqdır.

Möhtərəm Prezident, cənab Ali baş komandan, biz qarabağlılar Sizə inanır, Sizinlə fəxr edir, Sizə əzəmətli bir dağ kimi güvənirik və hər an istənilən əmrinizi yerinə yetirməyə hazır olduğumuzu bildiririk.

Diqqətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər