REGİONLAR
Ağdam rayonunun Mollalar kəndi
Bakı, 10 sentyabr, AZƏRTAC
Ağdam rayonunun Mollalar kəndi Boyəhmədli kənd inzibati ərazi dairəsində yerləşir.
Kənd 1993-ci il iyunun 15-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
İkinci Qarabağ müharibəsində Ordumuzun Şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Mollalar kəndinin görüntülərini təqdim edir.