Azərbaycan Dövlət İnformasiya Agentliyi

AĞDAMDA UĞURLAR VƏ İNKİŞAFLA YANAŞI PROBLEMLƏR DƏ VAR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağdam rayonunda 2005-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon müşavirəsi keçirilmişdir.

Müşavirə iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə Quzanlı kəndində ucaldılmış abidənin önünə əklil, gül-çiçək dəstələri qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişlər. Sonra müşavirə öz işini davam etdirmiş, rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyevin 2005-ci ildə görülən işlərə dair hesabat məruzəsi dinlənilmişdir.

Natiq demişdir ki, ərazisinin 70 faizindən çoxu on üç il əvvəl erməni silahlı birləşmələri tərəfindən işğal olunsa da rayonun əhalisi ən çətin məqamlarda dövlət və dövlətçiliyə sədaqət nümayiş etdirmiş, inamını itirməmiş, sosial-iqtisadi, mədəni quruculuq, ictimai-siyasi və digər sahələrdə fərqlənmişdir. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) haqqında” fərmanlarından irəli gələn vəzifələr rayonumuzda uğurla həyata keçirilir. 2005-ci ildə kənd təsərrüfatı, sənaye, tikinti, abadlıq və digər sahələrdə yüksək göstəricilər qazanılmışdır. Pambıq istehsalı əvvəlki ilə nisbətən 2 dəfə, tərəvəz istehsalı 14,6 faiz, meyvə istehsalı 13,3 faiz, kartof istehsalı 2,8 faiz artmış, 5.012 ton pambıq, 9.225 ton kartof, 31.679 ton tərəvəz, 1.727 ton meyvə istehsal olunmuşdur. Heyvandarlıq sahəsində də dinamik inkişafa nail olunmuşdur. Ötən il qaramalın sayı artaraq 29.055 başa, davarın sayı 104742 başa çatdırılmış, 2210 ton ət, 20.413 ton süd istehsal edilmişdir.

Rayonumuzda qaçqın və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə görülən işlər 2005-ci ildə də davam etdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq rayonumuzun ərazisinə 3860 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulmuşdur. Rayonda salınacaq 12 qəsəbədən 4-də inşaat işləri başa çatdırılıb, bütün sosial-texniki infrastrukturu istifadəyə verilib. Bərdə və Ağcabədi rayonlarındakı çadır şəhərciklərində və Bərdədəki dəmir yolu üzərindəki yük vaqonlarında məskunlaşmış 700-dən çox ailə həmin qəsəbələrə köçürülüb. Yaxın vaxtlarda istifadəyə hazır olan Səfərli qəsəbəsinə də əhalinin köçürülməsinə başlanacaqdır. Köçkün qəsəbələrinin salınması üçün 762 hektar torpaq sahəsi ayrılmışdır. Respublikamızın 50-dən çox rayonuna səpələnmiş ağdamlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən ötən on üç il ərzində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.

Müşavirədə qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə dair siyasətinin əsası xalqımızın böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. 2002-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Fərmanına uyğun olaraq 500 evdən ibarət 4 qəsəbə salınmışdır. Həmin qəsəbələrdə təhsil, səhiyyə, ticarət, məişət və digər obyektlər fəaliyyət göstərir.

Son vaxtlar rayonda yeni istehsal sahələri yaradılmış, fəaliyyəti dayanmış müəssisələrdə proses bərpa olunmuşdur. İki pambıq, bir üzüm açıq səhmdar cəmiyyəti, meliorasiya və suvarma sistemləri idarəsi, subartezian quyularının istismarı idarəsi, 34 kəndli-fermer təsərrüfatı, 220 fiziki şəxs və kiçik müəssisə aqrar islahatların həyata keçirilməsi ilə məşğul olur. 11 təsərrüfatın 8-də torpaq islahatı başa çatdırılıb. Rayonda aparılan aqrar islahatla bağlı 15715 hektar torpaq sahəsi 8070 nəfər mülkiyyətçiyə verilib. Ərazidə məskunlaşmış qaçqın və məcburi köçkünlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün 1500 hektar torpaq sahəsi ayrılıb.

Hesabat dövrü ərzində rayon əhalisinin içməli və suvarma suyu ilə təchizatı məqsədi ilə 7 kənddə 8 subartezian quyusu qazılmış, quyularda 49 ədəd təzə nasos quraşdırılmış, 430 ədəd nasos əsaslı təmir olunmuşdur.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası baxımından 2005-ci il Ağdam rayonu üçün tərəqqi və quruculuq ili olmuşdur. Təhsil, səhiyyə və rabitənin inkişafında da nəzərəçarpacaq nailiyyətlər qazanılmışdır. Ötən il Çullu kəndində 300 yerlik, Bənövşələr qəsəbəsində 190 yerlik, “Alıbəyli-1”, “Alıbəyli-2” qəsəbələrinin hər birində 96 yerlik məktəb binaları tikilib istifadəyə verilmiş, 10-a yaxın məktəbdə əsaslı və cari təmir aparılmışdır. Bakıda fəaliyyət göstərən 32 nömrəli Ağdam köçkün orta məktəbi Heydər Əliyev Fondunun himayəsindədir. 81 nömrəli məktəb Heydər Əliyev Fondunun vəsaiti hesabına təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. Ağdamlılar göstərdiyi diqqət və qayğıya görə Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

Hesabat ilində tibb müəssisələrinin şəbəkəsi genişləndirilmiş, Quzanlı kənd xəstəxanasında 9 həkim kabineti yenidən qurulmuş, müasir tibb avadanlığı ilə təchiz edilmişdir. Rentgen kabineti, elektrokardioqraf (EKQ) və digər avadanlıq xəstəxanaların istifadəsinə verilmişdir. Rayon mərkəzi xəstəxanasına iki təcili yardım maşını alınmışdır.

Ötən il iki konserv sexi inşa edilmiş, Xaçın çayı hövzəsində sutkalıq istehsal gücü 75 ton olan qum-çınqıl sexi fəaliyyətə başlamışdır. Burada 20 nəfər işlə təmin olunmuşdur.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı 923 nəfər daimi, 1642 nəfər mövsümi işlərə cəlb edilmişdir. Ötən il isə rayonda 353 daimi, 1037 mövsümi iş yeri yaradılmışdır.

Müşavirədə hesabat ilində yol verilmiş nöqsanlar təhlil edilmiş, onların aradan qaldırılması üçün konkret təkliflər verilmişdir.

Müzakirələrdə rayon prokuroru Tahir Vəliyev, təhsil şöbəsinin müdiri Elmira Şükürova, maliyyə şöbəsinin müdiri Böyükağa Əhmədov, Əhmədağalı kənd bələdiyyəsinin sədri Eldar Qasımov, paylayıcı elektrik şəbəkəsinin müdiri Yusif Həşimov, Bənövşələr qəsəbə məktəbinin direktoru Tünzalə Vəliməmmədova çıxış etmişlər.

Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Müşavirənin işində daxili işlər naziri Ramil Usubov, Prezidentin İcra Aparatının məsul işçisi Mirzə Novruzov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev iştirak etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər