Ağdaşda tir atıcılığı üzrə yarışın qalibləri mükafatlandırılıb
Ağdaş, 25 iyun, AZƏRTAC
Ağdaşda rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə gənclər arasında 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tir atıcılığı üzrə yarış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdaş şəhər stadionunda təşkil olunan yarışdan öncə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon gənclər və idman idarəsinin rəisi Azad Gözəlov çıxış edərək, 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən danışıb. Vurğulayıb ki, döyüşlərdə yüzlərlə ağdaşlı gənc də iştirak edib. Onlardan şəhidlik zirvəsinə ucalanlar da var.
Sonra yarışlar başlayıb. Yarışlarda 18 nəfər gənc iştirak edib. Şəxsi birincilik üzrə keçirilən yarışda birinci yeri Mahir Musayev, ikinci yeri Pərvin Hüseynov, üçüncü yeri isə Salman Əliyev tutublar.
Qalib gələn gənclərə rayon gənclər və idman idarəsinin diplom və hədiyyələri verilib.