Ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsinə yekun vurulub
Bakı, 30 yanvar, AZƏRTAC
Ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsi keçirilib.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Xırdalan, Lənkəran və Samux şəhərlərində təşkil olunan birinci mərhələ yarışlarında 300-dən çox atlet mübarizə aparıb.
Texniki cəhətdən hazırlıqlı, ən azı 12 yaşı olan idmançıların qatıldıqları yarış şəxsi xarakter daşıyıb. Mərhələ yarışlarında 2001-2007-ci illər və daha böyük təvəllüdlü kişilər və qadınlar müvafiq yaş qruplarında mübarizə aparıblar. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib.
Mərhələ yarışlarının ildə dörd dəfə keçirilməsi nəzərdə tutulur. Belə turnirlərin təşkilində məqsəd regionlarda atletlərin hazırlıq durumunun yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletikanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]