Ağır atletika üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 8 iyun, AZƏRTAC
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2005-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında ağır atletika üzrə şəhər birinciliyi keçirilib.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 30-dan artıq idmançı qalib adı uğrunda mübarizə aparıb.
İki gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Zəhra Niftəliyeva (64 kq), Arzu Qədimova (71 kq) qızlar arasında, İbrahim Rəsulzadə (40 kq), Turan Abbasov (45 kq), Fərman Məhərrəmov (49 kq), Azər Mənsimov (55 kq), Turan Əliyev (61 kq), Fərid Mərdanov (67 kq), Fuad Qədimov (73 kq), Cavidan Muxtarlı (81 kq) və Rəbbani Niftəliyev (89 kq) oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]